Bu gün ibtidai sinif və musiqi fənləri üzrə MİQ imtahanlarıdır
Tarix: 13-07-2023 07:19 | Bölmə: Cəmiyyət / Xəbərlər
Bu gün ibtidai sinif və musiqi fənləri üzrə MİQ imtahanlarıdır

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.

Reyting.az
xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildiriblər.

Məlumata görə, bu gün imtahanların ilk seansına ibtidai sinif (Azərbaycan bölməsi), ikinci seansına isə ibtidai sinif (Azərbaycan/rus bölməsi), musiqi fənləri üzrə namizədlər dəvət olunub. MİQ-in test imtahanı mərhələsində namizədlərə 150 dəqiqə vaxt verilir.

58 minə yaxın namizədin iştirak edəcəyi imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}