Ermənistan prokurorluğu Kamil Zeynallının ekstradisiyası üçün sorğunu geçikdirib
Tarix: 22-02-2024 17:39 | Bölmə: Cəmiyyət
Ermənistan prokurorluğu Kamil Zeynallının ekstradisiyası üçün sorğunu geçikdirib

Ermənistan Baş Prokurorluğu bir gün gecikmə ilə Rusiya tərəfinə dünən Moskvada saxlanılan azərbaycanlı idmançı Kamil Zeynallının ekstradisiyası ilə bağlı sorğu təqdim edib.

Reyting.az
xəbər verir ki, bu barədə erməni mediası bu ölkənin Baş Prokurorluğuna istinadla məlumat yayıb.

“Ermənistan Respublikasının Baş Prokurorluğu bu gün Rusiya Federasiyasının hüquq-mühafizə orqanları tərəfindən aşkar edilmiş axtarışda olan azərbaycanlının Ermənistan Respublikasına keçirilməsinə dair sənədlər paketini alıb. Sözügedən paket Ermənistan Respublikasının Baş Prokurorluğu tərəfindən tərtib edilmiş təhvil sorğusu ilə birlikdə bu yaxınlarda Rusiya Federasiyasının Baş Prokurorluğuna göndərilib”, - Baş Prokurorluğun bəyanatında deyilir.

Erməni mediası xatırladır ki, azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanılıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}