12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Onlayn sifariş verən qadının bağlamasından ilan çıxıb
Tarix: 20-06-2024 17:07 | Bölmə: Cəmiyyət
Onlayn sifariş verən qadının bağlamasından ilan çıxıb

Hindistanda bir müştəri onlayn sifarişlə aldığı bağlamanı açarkən kobra ilanla üzləşib.

Reyting.az
xəbər verir ki, xoşbəxtlikdən zəhərli kobra qadına zərər verə bilməyib.

“Mən Aamazondan sifariş etdim və ilan aldım”,- qadın sosial şəbəkələrdə yazıb.

Üstəlik, o, bağlamanı açan zaman çıxan ilanın goto və videosunu çəkərək paylaşıb.

Videonun sosial şəbəkədə paylaşılması digər hindlilərin narahatlığına səbəb olub.

Yerli mətbuatda yayılan xəbərlərə görə, Karnataka əyalətinə xas kobra növü olduğu təsbit edilən ilan sağ-salamat buraxılıb.

Amazon Hindistana cavab olaraq üzr istəyib və müştəri təhlükəsizliyinin prioritet olduğunu vurğulayaraq hadisəni araşdırdıqlarını bildirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər