Xocalı şəhidi Usubəli Qarayevlə vida mərasimi keçirilib
Tarix: 10-07-2024 11:13 | Bölmə: Cəmiyyət
Xocalı şəhidi Usubəli Qarayevlə vida mərasimi keçirilib

Qalıqları Xocalı rayonunun Dəhraz kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Usubəli Süleyman oğlu Qarayevin nəşi Abşeron rayonuna gətirilib.

Məlumata görə, şəhidin nəşi “Ceyranbatan bağları” yaşayış massivində ailəsinə təhvil verilib.

Qəsəbədə şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Usubəli Süleyman oğlu Qarayev 1961-ci il iyunun 1-də anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalının Dəhraz kəndində itkin düşüb.

U.Qarayev iyulun 11-də Xocalı şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq(Reprot).

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər