Fermeri yeyən timsahı öldürüblər - Foto
Tarix: 13-09-2024 10:42 | Bölmə: Cəmiyyət
Fermeri yeyən timsahı öldürüblər

Malayziyanın Sabah əyalətinin Lahad Datu şəhərində fermeri yeyən zərərsizləşdirilib.

Reyting.az
xəbər verir ki, Lahad Datunun şərq sahilində fermer Rusdi Tambah balıq tutmağa getdiyi çay sahilində timsahın hücumuna məruz qalıb.

Tambahı tapmağa çalışan axtarış-xilasetmə qrupu, fermeri yeyən 4,5 metr uzunluğundakı timsahı tapança ilə 5 dəfə atəş açaraq öldürüblər.

Həyatını itirən Tambahın parçalanmış cəsədi polis orqanlarına təhvil verilib.

Qeyd edək ki, Malayziyanın Sabah və Saravak əyalətlərində 2001-2020-ci illər arasında timsahların 205 hücumu nəticəsində 135 nəfər həyatını itirib.

Sabah və Saravak əyalətlərində ildə orta hesabla 10 timsah hücumu olur.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər
17-09-2024, 12:57 Sabah yağış yağacaq
16-09-2024, 13:04 Sabah yağış yağacaq