Bakı metrosunun iş rejimi dəyişir
Tarix: 13-09-2024 11:15 | Bölmə: Cəmiyyət
Bakı metrosunun iş rejimi dəyişir

“Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.

Reyting.az
xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-dən bildiriblər.

Məlumata görə, “Bakı Metropoliteni” QSC yarış təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin müraciətinə müsbət cavab verib.

Qeyd edilir ki, avtomobil yürüşü günlərində şəhər mərkəzində keçiriləcək kütləvi-mədəni tədbirlərə görə, sentyabrın 13-dən 14-nə və ayın 14-dən 15-nə keçən gecələr Bakı metropoliteninin iş rejimi iki saat uzadılacaq.

Şənbə və bazar günlərinə keçən gecələr metropolitenin bütün stansiyalarının qapıları gecə saat 02:00-a qədər girişə açıq olacaq. Sərnişinlər stansiyalar üzrə mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək.




Bölməyə aid digər xəbərlər
5-06-2025, 12:34 Sabah yağış yağacaq
4-06-2025, 12:30 Sabah yağış yağacaq
3-06-2025, 15:36 Xankəndiyə dolu düşüb
3-06-2025, 12:59 Sabah yağış yağacaq