20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Şəhid abidəsinə qarşı tərbiyəsizlik edən şəxs həbs olunub
Tarix: 13-09-2024 12:14 | Bölmə: Cəmiyyət
Şəhid abidəsinə qarşı tərbiyəsizlik edən şəxs həbs olunub

Lerik rayonunun Monidigah kəndində I Qarabağ müharibəsi şəhidi mayor Sabir Əliyevin xatirəsinə inşa edilmiş bulaq kompleksi yararsız hala salınıb. Şəhidin mərmərdən olan fotosunun üzəri cızılıb.

Reyting.az
xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya şəhidin yaxını Ramin Nəzərov müraciət edib.

Bildirib ki, hadisə sentyabrın 7-si gecə saatlarında baş verib. Sentyabrın 8-də şəhidin adına bulaq kompleksinin açılışı olmalı idi. Lakin səhər həmin yerə gələrkən şəhidin portretinin pis vəziyyətə salındığı məlum olub.

DİN-in Mətbuat xidmətinin Lənkəran Regional Qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, artıq hadisəni törədən şəxs tapılıb. Belə ki, araşdırma zamanı xatirə bulağının üzərindəki mərmər lövhəyə zərər yetirən şəxsin həmin kəndin sakini Azad Abdullayev olduğu müəyyən edilib. Həmin şəxs saxlanılıb və barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Abdullayev inzibati qaydada həbs edilib.

Qeyd edək ki, Əliyev Sabir Xeyrulla oğlu I Qarabağ müharibəsində Ağdam və Füzuli istiqamətində vuruşub, 1994-cü ildə Horadizin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Hazırda Monidigah kənd tam orta məktəbi şəhidin adını daşıyır.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər