BMU-da yeni fakültə yaradılıb
Tarix: 13-09-2024 16:18 | Bölmə: Cəmiyyət
BMU-da yeni fakültə yaradılıb

Bakı Mühəndislik Universitetində (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsi yaradılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Bu barədə qərar universitetin Elmi şurasının iclasında qəbul olunub.

Məlumata görə, fakültədə tədris Azərbaycan və ingilis dillərində aparılacaq. 3 kafedradan (İnformasiya texnologiyaları və proqramlaşdırma, Kibertəhlükəsizlik və kompüter mühəndisliyi, Riyaziyyat və kompüter elmləri) ibarət olan fakültədə dərslər elmlər doktorları, fəlsəfə doktorları, professor və dosentlər daxil olmaqla, böyük təcrübəyə malik müəllimlər tərəfindən tədris ediləcək.

Fakültədə bu ildən etibarən 4 bakalavr, 2 magistr ixtisası üzrə ümumilikdə 1100-dən çox tələbə təhsil alacaq.




Bölməyə aid digər xəbərlər
17-09-2024, 12:57 Sabah yağış yağacaq
16-09-2024, 13:04 Sabah yağış yağacaq