Sumqayıtda məktəbi bit-birə basıb
Tarix: 13-09-2024 18:14 | Bölmə: Cəmiyyət
Sumqayıtda məktəbi bit-birə basıb

Sumqayıt şəhəri 14 nömrəli orta məktəbdə sinif otaqlarını bit-birə basması ilə bağlı iddialar yayılıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Sumqayıt 24”ə valideynlər müraciət edib.

Onların sözlərinə görə, tədris ilinin başlamasına sayılı günlər qalsa da, övladlarının adıçəkilən məktəbə getmələrini istəmirlər: “Heç bir valideyn uşağının antisanitariya şəraitində oxumasını istəmir. Bundan əlavə, bit-birə xəstəlik daşıyıcısı sayılır”.

Valideynlər problemlə bağlı məktəb rəhbərliyinə müraciət olunduğunu, hələlik heç bir tədbir görülmədiyini də əlavə ediblər.




Bölməyə aid digər xəbərlər
5-06-2025, 12:34 Sabah yağış yağacaq
4-06-2025, 12:30 Sabah yağış yağacaq
3-06-2025, 15:36 Xankəndiyə dolu düşüb
3-06-2025, 12:59 Sabah yağış yağacaq