Şuşada ətrafı zibilləyən 64 nəfər cərimələnib
Tarix: 16-09-2024 10:01 | Bölmə: Cəmiyyət
Şuşada ətrafı zibilləyən 64 nəfər cərimələnib

İşğaldan azad edilmiş ərazilərdə ətraf mühitin təmizliyinin təmini məqsədilə müvafiq tədbirlər görülür.

Daxili İşlər Nazirliyindən Reyting.az-a bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının aidiyyəti qurumlarla keçirdikləri birgə tədbirlər zamanı məişət tullantılarının atıldığı ərazilər müəyyən edilib. Həmin ərazilərdə təmizlik işləri görülüb, cavabdeh şəxslərlə profilaktiki söhbətlər aparılıb. Təmizliyə riayət edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.

Polis əməkdaşları tərəfindən son 2 ay ərzində rayon ərazisində ətraf mühitə ziyan vurulması hallarının qarşısının alınması üçün 64 protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.




Bölməyə aid digər xəbərlər
17-09-2024, 12:57 Sabah yağış yağacaq
16-09-2024, 13:04 Sabah yağış yağacaq