Binəqədi və Nəsimi rayonlarında dələduzluq edənlər tutulub
Tarix: 16-09-2024 10:36 | Bölmə: Cəmiyyət
Binəqədi və Nəsimi rayonlarında dələduzluq edənlər tutulub

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxtın Binəqədi və Nəsimi rayonlarında dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) beşinci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 12-də bir nəfərin 22000 ABŞ dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 23 yaşlı C.Məmmədov, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə avqustun 20-də bir nəfərin 3000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 41 yaşlı E.Cəfərov və 48 yaşlı R.Şükürov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
17-09-2024, 12:57 Sabah yağış yağacaq
16-09-2024, 13:04 Sabah yağış yağacaq