Türkiyə yaxınlığında NASA-nın kosmik bazası üzə çıxıb
Tarix: 17-09-2024 11:20 | Bölmə: Cəmiyyət
Türkiyə yaxınlığında NASA-nın kosmik bazası üzə çıxıb

Son zamanlar ABŞ ilə hərbi əməkdaşlığını artıran Yunanıstan indi də bu ölkənin kosmos agentliyi NASA ilə Egeydə ortaq tədqiqatlar aparmağa hazırlaşır. Peloponnes yarımadasının şimalında yerləşən kosmos müşahidə bazasını genişləndirməyə qərar verən iki ölkə Ay səthinin tədqiqi, Mars ətrafındakı minerallarla zəngin asteroidlər və peyk rabitə trafiki sahələrində əməkdaşlıq edəcəklər.

Reyting.az
xəbər verir ki, burada qabaqcıl teleskopların Ay araşdırması və peyk rabitəsi üzərində işləyəcəyi məlum olub.

Bu barədə məlumat Afina Milli Rəsədxanasının (NOA) Astronomiya, Astrofizika, Kosmos Tətbiqləri Tədqiqat İnstitutundan (IAASARS) bir qrupun Salonikidəki sərgidə verdiyi açıqlama ilə ortaya çıxıb.

IAASARS direktoru Saloniki Beynəlxalq Sərgisindəki çıxışından bir müddət əvvəl Şimali Peloponnesdəki Kryoneri Rəsədxanasında tikiləcək və Cənub-Şərqi Avropanın ən böyük kosmos mərkəzi olacaq yeni kosmik mərkəz haqqında danışıb.

Qeyd edək ki, IAASARS ölkənin iki ən böyük tədqiqat teleskopunu idarə edir. Bunlardan birincisi, diametri 2,3 metr olan Aristarxos Teleskopu Helmos Rəsədxanasında, Kalavrita yaxınlığındakı Helmos dağının zirvəsində, 2400 metr yüksəklikdə yerləşir. Aristarchos Balkanların ən böyük teleskopu kimi tanınır.

Diametri 1,2 metr olan ikinci teleskop Kryoneri Rəsədxanasında, təxminən 900 metr yüksəklikdə işləyir.

Önümüzdəki dövrdə Ayda bazaların qurulması planlaşdırıldığı üçün NASA və Avropa Kosmik Agentliyinin (ESA) bu vəziyyətin Ay səthinə təsirlərini araşdırmaq istədiyi bildirilir. Keçən iyul ayında tamamlanan Kryoneri Rəsədxanasında fəaliyyətlər çərçivəsində IAASARS və ESA tərəfdaşlıq qurub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
17-09-2024, 12:57 Sabah yağış yağacaq
16-09-2024, 13:04 Sabah yağış yağacaq