İrandan Türkiyəyə narkotik aparan sürücü Naxçıvanda saxlanılıb
Tarix: 17-09-2024 12:30 | Bölmə: Cəmiyyət
İrandan Türkiyəyə narkotik aparan sürücü Naxçıvanda saxlanılıb

Naxçıvan gömrükçüləri İrandan Türkiyəyə narkotik vasitə aparan yük maşını sürücüsünü saxlayıb.

Reyting.az
Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, komitənin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə “yuyucu toz” yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı yük nəqliyyat vasitəsindən iki ədəd sellofan paketdə ümumi təmiz çəkisi 996,814 qram olan psixotrop maddə - metamfetamin, 7,250 qram olan narkotik vasitə qurudulmuş marixuana, sürücünün üzərində aparılan şəxsi yoxlama nəticəsində isə təmiz çəkisi 0,060 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Qeyd edək ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
17-09-2024, 12:57 Sabah yağış yağacaq
16-09-2024, 13:04 Sabah yağış yağacaq