Məşhur iş adamı 20 qadına cinsi təcavüzdə ittiham olunur
Tarix: 20-09-2024 09:50 | Bölmə: Cəmiyyət
Məşhur iş adamı 20 qadına cinsi təcavüzdə ittiham olunur

Keçən il 94 yaşında dünyasını dəyişən məşhur iş adamı Məhəmməd Əl Fayed bir çox qadın işçisinə cinsi təcavüzdə ittiham olunur.

Reyting.az
xatırladır ki, Əl Fayed İngiltərənin məşhur “Harrods” mağazasının keçmiş sahibidir.

Əl Fayedin 1984-2010-cu illərdə mağaza müdiri olduğu zaman 20 qadına cinsi təcavüz etdiyi iddia olunur.

“Al Fayed: The Hunter in Harrods” adlı sənədli film üçün danışan qadınların iddiasına görə, təcavüzlər şirkətin ofislərində, iş adamının Londondakı mənzilində və Paris səfərləri zamanı baş verib.

Bundan əvvəl də Əl Fayedə qarşı oxşar ittihamlar səsləndirilib. Ancaq zənginliyi ilə ad çıxaran Əl Fayed vəfat etdiyi üçün bu iddiaları sübut etmək və ya onu cəzalandırmaq mümkün deyil.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
17-09-2024, 12:57 Sabah yağış yağacaq
16-09-2024, 13:04 Sabah yağış yağacaq