Rufik İsmayılov mətbuat katibi təyin olunub
Tarix: 04-02-2025 14:03 | Bölmə: Cəmiyyət
Rufik İsmayılov mətbuat katibi təyin olunub

Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzində ictimaiyyətlə əlaqələr üzrə menecer  təyinatı olub.

Reyting.az
xəbər verir ki, müvafiq əmrlə Rufik İsmayılov bu qurumda sözçü funkisiyasını yerinə yetirtəcək.

Xatırladaq ki, R.İsmayılov 2003-cü ildən jurnalistika sahəsində fəaliyyət göstərir, indiyə qədər müxtəlif mətbu orqanlarda müxbir, məsul katib, prezident və parlament müxbiri, redaktor, baş redaktor və redaksiya müdiri vəzifələrində çalışıb, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində işləyib.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:53 Sabah yağış yağacaq