Mikroavtobus su kanalına aşıb: 6 nəfər xəsarət alıb - Foto
Tarix: 04-12-2025 08:40 | Bölmə: Cəmiyyət

Mikroavtobus su kanalına aşıb: 6 nəfər xəsarət alıb

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az APA-ya istinadla bildirir ki, hərəkətdə olan “Mercedes” markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobusda sürücü ilə birlikdə 23 sərnişin olub. Onların Yevlaxdan Şəmkirdə yerləşən istixanada işləməyə getdikləri bildirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.





Bölməyə aid digər xəbərlər
Dünən, 12:21 Sabah yağış yağacaq
8-12-2025, 13:06 Sabah yağış yağacaq
6-12-2025, 13:58 Sabah yağış yağacaq