Biləsuvar sakini Albaniyada ölüb
Tarix: 10-12-2025 00:05 | Bölmə: Cəmiyyət

Biləsuvar sakini Albaniyada ölüb

Biləsuvar rayon sakini Albaniyada bədbəxt hadisənin qurbanı olub.

Hadisə Durres şəhər limanında qeydə alınıb.

İlkin məlumata görə, gəmidə yük boşaltma zamanı Biləsuvar şəhər sakini, 2001-ci il təvəllüdlü Əvəz Cəfərovu elektrik cərəyanı vurub.

O xəstəxanaya aparılsa da, öldüyü məlum olub.

Mərhum doğulduğu Biləsuvar rayonunda torpağa tapşırılacaq.

Faktla bağlı Albaniyanın istintaq orqanı tərəfindən araşdırma aparılır(report).





Bölməyə aid digər xəbərlər
Dünən, 12:21 Sabah yağış yağacaq
8-12-2025, 13:06 Sabah yağış yağacaq
6-12-2025, 13:58 Sabah yağış yağacaq