Daha iki ölkə arasında müharibə təhlükəsi artır
Köç kompleksi - Akif Əli yazır
"Qarabağ"ın rəqibinin oyununda maraqlı hadisə - təcrübəli futbolçunu ciddiyə almayıblar - Video
DTX ağır cinayətlərdə ittiham olunan şəxsləri saxlayıb - Video
0:8 - “Qarabağ”ın adına yaraşmır
Gömrük Komitəsinin vəzifəli şəxsləri həbs edilib - (Yenilənib)
Prezident Ədliyyə Akademiyasına rektor təyin edib
İlham Əliyev Slovakiyada görüşlər keçirib, birgə bəyanat verilib - (Yenilənib) - Fotolar
Cəlaloğlu: Rusiyadan başqa ölkələrə hücum etməyəcəyinə təminat alınacaq
Azərbaycanın dörd bölgəsinə qar yağır
Qələbə ümidli “Qarabağ” autsayder “Ayaks”a qarşı - ötən il 0:3, bəs bu dəfə?
Tramp Rusiyanı qalib tərəf hesab edir
Tarix: 04-12-2025 11:02 | Bölmə: Cəmiyyət

Keçmiş "Təfəkkür" Universitetinin rektoru Müşfiq Atakişiyevin sifarişi ilə həmin universitetin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Dəyanət Quliyevin kassasiya şikayəti təmin edilməyib.
Məlumata görə, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində olan aşağı instansiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılıb.
Qərara əsasən, şikayət təmin edilməyib və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cinayət işində təqsirli bilinən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyev 14 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.
Hökmdən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
İttihama görə, həmin vaxt "Təfəkkür" Universitetinin rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariyel Əhmədovun qətlini qohumu Dəyanət Quliyevə sifariş verib. D.Quliyev isə cinayəti qonşusu Samir Quliyevə icra etdirib. Cinayətin üstü 12 il sonra açılıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub(report).
Bölməyə aid digər xəbərlər
















Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək