14:57 / 01-09-2025
Sabiq spikerin qətlində şübhəli şəxs saxlanılıb
14:25 / 01-09-2025
Dərslər sentyabrın 21-i başlayacaq? - Açıqlama
14:09 / 01-09-2025
İlham Əliyev "ŞƏT plyus" formatındakı görüşdə çıxış edib
13:53 / 01-09-2025
Kriminal avtoritet həbs olunub - Foto
13:46 / 01-09-2025
İsrail Qəzzadakı Əl-Əqsa xəstəxanasını vurub
13:32 / 01-09-2025
Şimali Koreya lideri xarici səfərə çıxır
13:13 / 01-09-2025
ABŞ özəl torpaqlarda nüvə raketləri üçün siloslar qurur
13:13 / 01-09-2025
Mərkəzi Bank iki təşkilatın lisenziyasını ləğv edib
13:07 / 01-09-2025
Pakistandakı helikopter qəzasında beş nəfər ölüb
12:52 / 01-09-2025
Xocavənd, Xocalı və Laçında aqrar torpaqlar icarəyə veriləcək
12:49 / 01-09-2025
İlham Əliyevlə Nikol Paşinyan görüşüb
12:48 / 01-09-2025
Rusların iki helikopteri və bir gəmisi vurulub - Foto
12:37 / 01-09-2025
Ərdoğan Putini Ankarada gözləyir
12:31 / 01-09-2025
Ərəb dünyası İsraildən uzaqlaşır, bəs Azərbaycan və Qazaxıstan?
12:15 / 01-09-2025
Sabahın hava proqnozu açıqlanıb
12:08 / 01-09-2025
Bakıda ermənilərin cinayət işi üzrə məhkəmə davam edir
12:01 / 01-09-2025
İlham Əliyevin Pakistanın baş naziri ilə görüşü olub - Yenilənib
11:54 / 01-09-2025
Əfqanıstandakı zəlzələdə ölənlərin sayı artır - (Yenilənib+)
11:45 / 01-09-2025
Putin Çində Ərdoğanla görüşüb
11:35 / 01-09-2025
İlham Əliyev Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti ilə görüşüb - Fotolar
11:26 / 01-09-2025
Keçmiş mətbuat katibi yeni vəzifəyə təyin olunub
11:08 / 01-09-2025
Oruçoğlu Zakir Həsənovun müşaviri təyin edilib
11:07 / 01-09-2025
Ruslar iki vilayətə hücum edib, itkilər var
10:58 / 01-09-2025
Məktəbli geyimləri və ləvazimatları bahalaşıb
10:52 / 01-09-2025
İlham Əliyev Maldiv prezidenti ilə görüşüb - (Yenilənib) - Foto
10:39 / 01-09-2025
“Xəzər asayişi” Alyansı - Xəqani Cəfərli yazır
10:35 / 01-09-2025
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
18:09 / 27-08-2025

13:31 / 28-08-2025

19:36 / 30-08-2025

16:24 / 27-08-2025

08:13 / 30-08-2025

21:29 / 28-08-2025

23:00 / 28-08-2025

19:01 / 29-08-2025

18:20 / 31-08-2025

22:43 / 27-08-2025

Narkomanlığa qarşı necə mübarizə aparmalı?
Tarix: 20-05-2019 20:46 | Bölmə: Cəmiyyət

Narkomaniya cinayətkarlıq, zorakılıq və digər mənfi halların yaranmasına zəmin yaradan qeyri-qanuni fəaliyyət sahəsidir. Bu fəaliyyətə qarşı ümummilli mübarizə mütləq lazımdır. Zamanla bu kimi müxtəlif maarifləndirmə xarakterli məlumatların yayımlanmasına baxmayaraq, narkomaniya günümüzün bəlası olmaqda davam edir. Xüsusən də artıq məktəblərə yol alan narkotik vasitələrdən uşaqların özü də hiss etmədən asılı olmağa və növbəti illərdə onun aludəçisi olmağa başlayırlar. Bununla da narkotik asılılığın təməli qoyulur.
Psixoloq Aydan Nəzərova bildirir ki, psixologiyada asılılıqlar sırasına narkomaniya da daxildir: “Narkomaniya ilə bağlı psixoloji seanslar aparılır. Sadəcə, bu elə bir seanslardır ki, burada qarşıda oturan pasiyent özü də sağlam həyata qayıtmasını istəməlidir. Əgər o, bunu istəmirsə həmin şəxsə heç bir kənar müdaxilə və ya dəstək ola bilməz. Mütləq şəkildə narkotika aludəçisi olan insan özü bunu istəməlidir”.
Mütəxəssisin sözlərinə görə, uşaqlar daha çox yeniyetməlik - keçid dövrünü yaxşı keçirə bilməyəndə, bu dönəmdə hər hansı bir travma ilə rastlaşdıqda, müəyyən problemlər olduqda onlar narkomaniyaya doğru yönəlir və bundan zövq alırlar: “Çünki narkotika ilə məşğul olduqda onların emosional durumlarında dəyişiklik olur, sanki özlərini həmin an xoşbəxt hiss edir, müəyyən zaman kəsiyində olsa belə problemlərdən uzaq qalırlar. Amma vaxt ötür və həmin şəxs narkotika aludəçisinə çevrilir, artıq bu zaman mənfi təsirlər yaranmağa başlayır. Onlar narkotikanın vaxtı çatanda aqressiv olurlar, hətta özlərinə zərər vura bilirlər. Ona görə də çalışmaq lazımdır ki, yeniyetməlik dövründə uşaqlara daha çox diqqət ayıraq və nəzarət edək. Bu onun üçündür ki, uşaqlar bu cür pis vərdişlərə yönəlməsinlər. Həmçinin davranış pozuntusu olan və ya hiperaktiv uşaqlar var ki, onların gələcəkdə narkomaniyaya yönəlmə “şansları” yüksək olur. Çünki onların davranışında pozuntu olduğu üçün heç kimə uymur və öz istəklərinə uyğun davranırlar. Ona görə də mənfiyə tərəf tez istiqamət alırlar”.
Psixoloqun fikirlərini nəzərə alsaq o zaman qeyd etmək lazımdır ki, uşaqlara narkomanlığa qarşı mübarizəni elə məktəb dövründən aşılamaq lazımdır. Bunun üçün məktəb girişlərində xüsusi sərlövhələrdə sırf bu istiqamətdə hazırlanmış və şagirdlər üçün əhəmiyyət kəsb edəcək yazılar, fotolar asılması məqsədəuyğun olar. Bu gün əksər məktəblərdə bu cür tablolara rast gəlmək olmur. Düzdür, aidiyyəti qurumlar müəyyən vaxtlarda məktəblərdə bununla bağlı tədbirlər keçirir, onları maarifləndirir və doğru istiqamətə yönləndirirlər. Amma mütəmadi olaraq hər tənəffüs zəngində narkomaniyanın onların həyatları üçün təhlükə yarada biləcəyini əks etdirən lövhələri görmələri etiraf edək ki, daha çox işə yarayar. Çünki daim mütəxəssislərin də səsləndirdiyi kimi insan psixologiyası onun doğum və ölüm arasında qurulan sağlam yaşam tərzindən asılıdır. Ona görə də ekspertlər hesab edir ki, narkomaniyanın qarşısını almağın ən əlverişli yolu onun məktəblərdə profilaktikasını aparmaqdır. Məhz ən çox yeniyetmələr təhlükəli işlərə meylli olduğundan şəxsiyyətin formalaşdığı dövrdə bir sıra xəbərdarlıq yönlü fəaliyyətlərin aparılması vacibdir. Lazımi tərzdə yanaşma və təsirli informasiyalar verdikdə uşaqlar narkomaniya barədə öz fikirlərini formalaşdıra və ondan istifadənin nə kimi fəsadlar verə biləcəyi barədə düzgün biliyə malik olurlar.
Məktəbli azyaşlılar və yeniyetmələr arasında narkomaniyanın profilaktikası mütləq və aydın başa düşüləcək tərzdə olmalıdır. Narkomaniyanın profilaktikası yeniyetmələr tərəfindən çox ciddi qəbul olunmalı və birmənalı olaraq onlarda narkotiklərdən uzaqdurma mövqeyi formalaşdırılmalıdır. Narkomaniyaya qarşı profilaktika sistematik olmalı və kütləvi xarakter daşımalıdır. Buna görə də narkomanlığa qarşı vaxtında aparılmış keyfiyyətli profilaktik tədbir çox vacibdir. Bu profilaktika böyüməkdə olan gənc nəslə aid maarifçilik işinin ayrılmaz hissəsi olmalıdır. Yeniyetmələr arasında aparılan keyfiyyətli profilaktik iş narkotik istifadəçilərinin sayını azaltmaqla müsbət nəticələr verir, onları ailələrinə və cəmiyyətə qazandırır.
Ailədə narkomaniyanın profilaktikasının yalnız söhbət formasında aparılması həmişə müsbət nəticə vermir. Böyüklər tez-tez səhvlər edir, uşağın fikrinə hörmət etmir, ona qulaq asmırlar, amma uşaq səhv edəndə, adətən, onu cəzalandırır və çox vaxt ona niyə səhv etdiyini, bu səhvi aradan qaldırmağın yollarını başa salmırlar. Bu halda uşaq, yeniyetmə öz problemləri barədə yoldaşları ilə bölüşür və çox zaman yanlış məlumat alır. Ona görə də ailədə onların fikirlərinə, düşüncələrinə diqqətlə yanaşılmalı, onlarla nəinki valideyn, hətta dost səviyyəsində münasibət qurulmalıdır. Uşaqlara düzgün yol göstərilməli, dost seçimində məsləhət verilməli, hətta lazım gələrsə, şübhəli məqamlarda özlərindən xəbərsiz izlənmələri də məqsədəuyğun olardı.
Unutmayaq ki, narkomanlığa qarşı mübarizə həyatımızı, gələcəyimizi, sərvətimizi, sağlamlığımızı, eyni zamanda dövlətçiliyimizi qorumağa xidmət edir.
L.Hüseyn
Bu yazı “Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən şəxslərin sağlam həyat tərzinə qaytarılması üçün təbliğat və maarifləndirmə işinin təşkili” layihə çərçivəsində çap olunur.
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:15
Sabahın hava proqnozu açıqlanıb
Bu gün, 11:26
Keçmiş mətbuat katibi yeni vəzifəyə təyin olunub
Bu gün, 10:58
Məktəbli geyimləri və ləvazimatları bahalaşıb
30-08-2025, 19:36
Bu gündən Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq
30-08-2025, 12:09
Şüvəlanda yeni ictimai çimərliklər yaradılıb
29-08-2025, 18:01
Məhkəmə tiktoker Aysel Mustafayeva haqqında həbs qərarı verib
29-08-2025, 17:38
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib
29-08-2025, 17:15
İtaliyada 60-dan çox turist qidadan zəhərlənib
29-08-2025, 14:08
Yardımlıda əməliyyat: iki nəfər tutulub
29-08-2025, 13:07
Metroda aylıq və birsəfərlik gediş haqqı kartları tətbiq oluna bilər
29-08-2025, 12:39
Sabahın hava proqnozu açıqlanıb
29-08-2025, 12:24
4 yaşlı qız "ASAN Xidmət"in ikinci mərtəbəsindən yıxılaraq ölüb
29-08-2025, 11:28
Kosmik raket tarixi rekorda imza atıb - Foto
29-08-2025, 09:17
Şabranda yanğın törədən şəxs cərimələnib
28-08-2025, 20:42
Məmmədəli Ağayev Moskvada saxlanılıb - Foto
28-08-2025, 17:19
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
28-08-2025, 15:50
Ağdamda zorakılığa məruz qalan azyaşlılar körpələr evinə yerləşdiriləcək
28-08-2025, 15:03
Partlayış olan binadakı 15 mənzilin sakininə kirayəpulu veriləcək
28-08-2025, 13:48
Biznesmenin cəsədini 68 metr dərinlikdən çıxarırlar
28-08-2025, 12:12
Sabahın hava proqnozu açıqlanıb
28-08-2025, 10:30
Molla Əsgərdən qalma dini ədəbiyyat... - Fotolar
28-08-2025, 08:32
Bakıda beşmərtəbəli yaşayış binasında partlayış olub - Yenilənib
28-08-2025, 08:31
"Google" böyük yeniliyə imza atıb
28-08-2025, 00:46
Yevlaxda 16 yaşlı uşağı bıçaqlayan 20 yaşlı şəxs saxlanılıb
27-08-2025, 17:45
Nazirlik "xaricdə onlayn təhsil" vədləri ilə bağlı açıqlama yayıb
27-08-2025, 17:40
Hüseynli mərhum qardaşları ilə bağlı yayılan xəbərə sərt reaksiya verib
27-08-2025, 16:59
Ağdərədə oğurluq edənlər tutulublar
27-08-2025, 15:49
Şamaxıda yanğın törədən şəxs saxlanılıb
27-08-2025, 15:15
Sumqayıtda çörək sexində yanğın olub
27-08-2025, 14:00
Şəhid jurnalistlərin medalları ailə üzvlərinə təqdim edilib
27-08-2025, 13:18
Vəkil Fəxrəddin Mehdiyev avtomobil qəzasında xəsarət alıb
27-08-2025, 12:20
Sabahın hava proqnozu açıqlanıb
27-08-2025, 10:16
Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, 4 nəfər xəsarət alıb - Yenilənib
27-08-2025, 10:02
Ağcabədidə yanacaqdoldurma məntəqəsi yanıb
26-08-2025, 18:18
Sabunçuda süni göldə uşaq batıb
26-08-2025, 17:57
Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
26-08-2025, 16:45
39 lisey və gimnaziyada II mərhələ seçimlərinə start verilib
26-08-2025, 12:59
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər - Foto
26-08-2025, 12:33
Qum fırtınası ABŞ-ı fəlakətə sürükləyir
26-08-2025, 12:16
Sabah hava yağışlı olacaq