İki qayıq toqquşdu: Turistlər öldü
Tarix: 30-05-2019 13:01 | Bölmə: Cəmiyyət
İki qayıq toqquşdu: Turistlər öldü

Budapeştdə iki gəzinti qayığı toqquşub.

Reyting.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nəticədə 7 nəfər həlak olub.

Qayıqlaradan biri batıb. Hadisə mayın 29-da gecə saatlarında, Macarıstan parlamentinin binası qarşısında baş verib.

Məlumata görə, “Rusalka” qayığı çevrilib. Onun göyərtəsində ekipaj üzvləri ilə birgə 34 nəfər olub.

Hadisədə sonra istirahət edənlərin hamısı (əksəriyyəti Cənubi Koreyadan gələn turistlər olub) Dunay çayına düşüblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}