80 yaşlı qadın bir neçə nəfəri qətlə yetirib
Tarix: 10-07-2019 20:44 | Bölmə: Cəmiyyət
80 yaşlı qadın bir neçə nəfəri qətlə yetirib

Rusiyada 80 yaşlı bir qadın, nəzarətə alındıqdan sonra, bir neçə nəfərin qatili olduğunu etiraf edib.

Reyting.az-ın Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, Rusiyanın Xabarovsk vilayətində yaşayan 80 yaşlı Sofiya Jukova, eyni şəhərdə yaşayan 52 yaşlı Ukrayna vətəndaşı Vasili Şlyatiçi öldürdüyü şübhəsilə nəzarətə alındıqdan sonra, onu öldürdüyünü etiraf edib.

Polisdəki sorğusunda, keçmişdə törətdiyi cinayətləri də etiraf edən Sofiya Jukovanın öldürdüyü şəxslər arasında 8 yaşında bir qız uşağı da var.

O, 2006-ci il dekabrın 14-də azyaşlı qızı ev yaxınlığında oynayarkən səs-küy etdiyi üçün öldürdüyünü deyib. 14 il ərzində bu qətlin üstü açılmamış qalıb.

Jukova rəfiqəsini isə 2013-cü ilin aprel ayında öldürüb. O, rəfiqəsini bir mübahisə nəticəsində öldürdüyünü dilə gətirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}