23:00 / 23-10-2025
Leyla Əliyeva və Arzu Əliyeva "Eşqi-nur" sərgisini ziyarət ediblər
22:26 / 23-10-2025
ABŞ və Çin liderlərinin görüş yeri və vaxtı bəlli olub
21:55 / 23-10-2025
Ermənilər Bakıda hakim qarşısına çıxarılıblar
20:05 / 23-10-2025
Zelenski uzaqmənzilli raketlərin alınmasını müzakirə edib
19:54 / 23-10-2025
İcra başçısının oğlu aparat rəhbəri təyin edilib
18:30 / 23-10-2025
Din xadimi əməliyyat olunub - Foto
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
17:43 / 23-10-2025
Tramp Qəzza zolağını ziyarət etməyi planlaşdırır
17:30 / 23-10-2025
QHT işi: Asiman Qocayevin məhkəməsi başlayıb
17:18 / 23-10-2025
Əfqan Sadıqov həbs olunub
17:14 / 23-10-2025
Müğənni: "Qadın aparıcı pulu sürücümün üzünə çırpıb"
16:52 / 23-10-2025
Dörd min kosmik güzgünün yerləşdirilməsi etirazla qarşılanır
16:42 / 23-10-2025
Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır
16:37 / 23-10-2025
Gələn il minimum maaş sabit qalacaq
16:14 / 23-10-2025
Filmin hüquqları 20 milyon dollara satılıb
16:10 / 23-10-2025
Media subyektləri üçün vergi güzəşti daha 3 il uzadılır
15:59 / 23-10-2025
İlon Mask robot ordusunu idarə etmək istəyir
15:59 / 23-10-2025
Kamran Əliyev “Belem Bəyannaməsi”ni imzalayıb
15:51 / 23-10-2025
Evini kirayə verənlərin gəlirindən 10 faiz vergi tutulacaq
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
15:09 / 23-10-2025
Bakının iki rayonundakı qəzalı binalar sökülür
15:05 / 23-10-2025
Noyabrda 12 gün qeyri-iş günü olacaq
14:48 / 23-10-2025
Professor: Azərbaycan və Ermənistandakı partiyalar arasında da təmaslar olmalıdır
14:36 / 23-10-2025
QHT rəhbəri İrəvandan fotolar paylaşıb
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
13:21 / 23-10-2025
Suriyadan altı azərbaycanlı ölkəyə gətirilib
13:01 / 23-10-2025
Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib
12:43 / 23-10-2025
QHT rəhbəri 148 min manat mənimsəmədə ittiham olunur
12:00 / 21-10-2025
Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
13:12 / 21-10-2025
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
14:39 / 19-10-2025
Ayı ata və oğula hücum edib
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
08:12 / 19-10-2025
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün
09:43 / 19-10-2025
Pakistanın qara səhifəsi - Fotolar
10:54 / 19-10-2025
Türk Cümhuriyyətində prezident seçkiləri keçirilib - Yenilənib
Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi: Zakir Qaralov hesabat verdi
Tarix: 31-07-2019 16:32 | Bölmə: Cəmiyyət

İyulun 31-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2019-cu ilin birinci yarımilində "Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bölgə müşavirələrində aparılmış müzakirələrin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, müşavirədə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2019-cu ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam etmiş, hüquqi-demokratik islahatlar, böyük infrastruktur layihələri və sosial yönümlü proqramlar uğurla həyata keçirilmiş, vətənimizin iqtisadi və müdafiə qüdrətinin daha da möhkəmləndirilməsi, bütövlükdə Azərbaycanın və hər bir regionun hərtərəfli inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş dövlətçilik siyasəti öz müsbət nəticələrini vermişdir.
Əldə edilən nailiyyətlərin əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu daxili və xarici siyasət tədbirləri təşkil etmişdir. 2019-cu ilin birinci yarısında ümumi daxili məhsul istehsalının ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz, iqtisadiyyatın qeyri-neft sektoruna yatırılan investisiyaların 5,1 faiz artması, valyuta ehtiyatlarının 9,7 faiz artaraq 49,1 milyard ABŞ dollarına çatması xüsusi vurğulanmışdır.
Bildirilmişdir ki, 2019-cu ilin birinci yarımili ərzində dövlət tərəfindən sosial yönümlü siyasətin həyata keçirilməsi istiqamətində bir sıra işlər görülmüş, dövlət başçısı tərəfindən düşünülmüş və məqsədyönlü siyasətin ardıcıl həyata keçirilməsi nəticəsində imzalanmış Fərman və Sərəncamların icrası ilə 3 milyondan artıq vətəndaşın sosial rifahı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, minimum əmək haqqı iki dəfə artırılaraq 130 manatdan 250 manata çatdırılmış, bu artım 1 milyona yaxın insanı əhatə etmişdir.
Eyni zamanda ölkə əhalisinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə təxminən 850 min nəfəri əhatə edən "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın əhəmiyyəti vurğulanmış, bu məqsədlər üçün dövlət büdcəsindən 682 milyon manat məbləğində vəsaitin ayrılması qeyd olunmuşdur.
Cari ilin birinci yarısında ölkəmizin, eyni zamanda paytaxt Bakının mötəbər beynəlxalq iqtisadi və humanitar forumlara - VII Qlobal Bakı Forumuna, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyasına, dünya miqyaslı idman yarışlarına - "Formula-1 Qran-Pri”, Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final qarşılaşmasınaev sahibliyi etməsi respublikamızın beynəlxalq aləmdə yüksək imicə, tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi olduğunu, eyni zamanda ictimai asayişin mühafizəsi və təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə yerinə yetirildiyini bir daha sübut etdi.
Müşavirədə əldə olunan uğurların qazanılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü mötəbər işlər və həyata keçirdiyi layihələrin əhəmiyyəti xüsusi vurğulanmışdır.
Əməliyyat müşavirəsində xüsusi qeyd edilmişdir ki, 2019-cu ilin birinci yarımili eyni zamanda ölkənin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirliməsi dövrü kimi yadda qalmışdır. Belə ki, 2019-cu il aprelin 3-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzalanmış Fərmanda məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturunun təkmilləşdirilməsi və bu fəaliyyətə elektron xidmətlərin inkorporasiya edilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı olmuşdur.
Fərmanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi məqsədilə müvafiq qanun layihələrinin hazırlanaraq üç ay müddətində Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi, həmçinin məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsininin mütəmadi təhlil edilməsi və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlərin görülməsi Baş Prokurorluğa tövsiyə edilmişdir. Bununla əlaqədar Baş Prokurorluqda yaradılmış İşçi qrupu tərəfindən Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi hazırlanaraq Ali Məhkəmə, Baş Prokurorluq və Ədliyyə Nazirliyi ilə birgə yaradılmış işçi qrupuna təqdim edilmişdir.
Eyni zamanda müşavirədə cinayət mühakimə icraatında dövlət ittihamçıları qarşısında qoyulmuş vəzifələrin daha səmərəli həyata keçirilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, həmçinin müəyyən edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə Baş Prokurorluqda yaradılmış Müsabiqə Komissiyası tərəfindən Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsində mövcud vəzifələrin yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri hesabına komplektləşdirilməsi üçün müsabiqə keçirilməsi və həmin şöbənin yeni tərkibdə formalaşdırılması məqsədilə 2 böyük prokuror və 23 prokuror vəzifəsinə uğurlu təyinatlar aparılması qeyd edilmiş, eləcə də növbəti mərhələdə dövlət ittihamının müdafiəsini həyata keçirən bütün prokurorların məhz bu prosedurlar əsasında vəzifəyə təyin edilmələrinin vacibliyi vurğulanmışdır.
Bildirilmişdir ki, Azərbaycan Prokurorluğunun digər hüquq mühafizə, ilk növbədə daxili işlər, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli birgə fəaliyyətinin nəticəsi olaraq cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan ötən illərin müsbət göstəriciləri hesabat dövründə də davam etmiş, prokurorluğun ölkəmizdə dayanıqlı ictimai-siyasi sabitliyin qorunması, dövlət maraqlarının müdafiəsi və cinayətkarlığa qarşı kəsərli mübarizənin təşkili istiqamətində fəaliyyəti daha da güclənmiş, kriminogen stabilliyə nail olunmaqla mənfi təzahürlərin qarşısı vaxtında alınmışdır.
Hesabat dövründə istintaq və əməliyyat-axtarış fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə cinayət hadisələrinin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 690 vahid artım olmaqla, ümumilikdə qeydə alınmış 13534 cinayətin 91,7 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmuş, onların 88,5 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11,5 faizini isə ağır və xüsusilə ağır cinayətlər təşkil etmişdir.
Əməliyyat-axtarış və istintaq fəaliyyəti sahəsində görülmüş birgə tədbirlər nəticəsində hesabat dövründə cinayətlərin açılması 82,4% təşkil etmiş, həmçinin daxili işlər orqanları ilə birgə keçirilmiş tədbirlər nəticəsində əvvəlki illərdən bağlı qalmış 163 cinayətin açılması təmin edilmişdir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə qəsdən adam öldürmə, qəsdən sağlamlığa az ağır zərər vurma, mülkiyyət əleyhinə olan cinayətlər, yol-nəqliyyat hadisələri, habelə qəzalarda xəsarət alanların sayında artım, istintaq zamanı dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödənilməsində isə azalma müşahidə olunmuşdur.
Müşavirədə 2019-cu ilin birinci yarımilində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyri-aşkar şəraitdə törədilmiş bir sıra ağır, mürəkkəb və çoxepizodlu cinayət hadisələrinin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq keyfiyyətli istintaq edilməsi, cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri qeyd edilmiş, eyni zamanda respublikada ictimai rezonansa səbəb olmuş cinayət hadisələri üzrə 70 şəxs barəsində istintaq olunmuş 32 cinayət işinin yekunlaşdırılaraq məhkəmələrə göndərildiyi xüsusi vurğulanmışdır.
Belə ki, 3 iyul 2018-ci il tarixdə radikal dini baxışlara malik Yunis Səfərov və digərləri tərəfindən Gəncə şəhərində törədilmiş terror aktı, qəsdən adam öldürməyə cəhd, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər və sair faktlarla bağlı başlanmış cinayət işinin istintaqı peşəkarlıqla davam etdirilərək, ümumilikdə mütəşəkkil dəstənin 29 üzvünün Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilmiş, həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunmuşdur.
Bundan başqa, 10 iyul 2018-ci il tarixdə Gəncə şəhərində radikal dini yönümlü bir qrup şəxs tərəfindən zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, 2 polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilərək, iş üzrə 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilmiş, onlardan 1 nəfər axtarışda olduğu dövrdə polis əməkdaşları tərəfindən zərərsizləşdirilmiş, 1 nəfər barəsində isə axtarış tədbirləri davam etdirilir. Ümumilikdə 2018-ci ilin noyabr ayından etibarən iş üzrə cinayəti törətdikdən sonra ölmüş təqsirləndirilən şəxs də daxil olmaqla 60 nəfər barəsində 8 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. 6 cinayət işi üzrə 44 şəxs barəsində ittiham hökmləri çıxarılaraq təqsirləndirilən şəxslər müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, 16 nəfər barəsində 2 cinayət işi üzrə isə məhkəmə baxışı davam edir.
Qeyd edilmişdir ki, 26 mart 2019-cu il tarixdə Bakı şəhərində yerləşən "Diqlas” ticarət mərkəzində ağır nəticələrə səbəb olan yanğın hadisəsinin baş verməsi faktı üzrə başlanmış cinayət işi üzrə prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar və Vergilər nazirliklərinin müstəntiqlərindən ibarət istintaq qrupu tərəfindən zəruri və təxirəsalınmaz istintaq tədbirlərinin icrası təmin edilmiş, binaya və sahibkarlara vurulmuş ziyanın həcminin, habelə cinayət təqibi ilə əlaqədar əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə çoxsaylı ekspertizalar təyin edilmiş, yanğından maddi ziyan çəkmiş 400 nəfərdən artıq sahibkar istintaqa cəlb edilərək dindirilmiş, həyata keçirilmiş istintaq tədbirləri ilə 129 nəfər sahibkara 1 milyon 91 min manat məbləğində pul vəsaiti ödənilmişdir.
Xüsusilə vurğulanmışdır ki, baş vermiş hadisə ölkə rəhbərliyi tərəfindən nəzarətdə saxlanılmaqla, ümumilikdə yanğından maddi zərər çəkmiş 371 sahibkara 2 milyon 155 min manat məbləğində dövlət tərəfindən kompensasiya ödənilmişdir.
Bildirilmişdir ki, korrupsiya cinayətlərinə qarşı mübarizənin tam yeni müstəviyə qaldırılması prokurorluq orqanlarının qarşısında duran ən əsas vəzifələrdən biridir. Prezident İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq ötən dövrlərdə olduğu kimi 2019-cu ilin birinci yarısında da korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri uğurla davam etdirilmişdir.
Korrupsiya hallarına qarşı mübarizə işinin düzgün təşkilində 161 saylı „Qaynar xətt" əlaqə mərkəzinin əhəmiyyəti qeyd olunmuşdur. Baş idarə tərəfindən vətəndaşları ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının yayıldığı idarəçilik və xidmət sahələrinin aşkar edilməsi, təqsirli şəxslərin ifşa edilməsi, korrupsiya hüquqpozmalarından əziyyət çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi məqsədi ilə vətəndaşlardan "Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlər üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Belə ki, mərkəzə hesabat dövründə 1986 müraciət daxil olmuş, həmin müraciətlərin 9-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, eləcə də digər müraciətlər üzrə qanunvericiliyə müvafiq tədbirlərin görülməsi təmin edilmişdir.
Dövr ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin məntiqi nəticəsi olaraq ölkəmizin Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və MONEYVAL Komitəsi, eləcə də digər beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirilmişdir.
Bununla bağlı qeyd edilmişdir ki, cari il OECD tərəfindən Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində ölkəmizə ünvanlanmış tövsiyələrin böyük əksəriyyəti icra edilmiş və bu monitorinq mexanizmi çərçivəsində IV Monitorinq Raundu uğurla başa çatdırılmışdır. Bundan başqa, GRECO tərəfindən ölkəmizin IV raundu dəyərləndirilməsi üzrə Uyğunluq Hesabatı qəbul olunmuş, ünvanlanan 21 tövsiyədən 18-i uğurla icra edilmişdir.
Rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 316 şəxs barəsində 187 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 45 milyon 568 min manat ziyandan istintaq müddətində 14 milyon 997 min manatın ödətdirilməsi təmin olunmuş, qalan ziyanın ödətdirilməsi məqsədi ilə qanunla nəzərdə tutulmuş tədbirlər görülmüşdür.
Xüsusi vurğulanmışdır ki, vətəndaşları narahat edən məsələlərin həllinə diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Prezident İlham Əliyevin tələbləri rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilmişdir.
Vətəndaş müraciətləri üzrə natamam və qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşlara müraciətləri üzrə formal və səthi cavabların verilməsi, qəbullarının keçirilməsi qaydalarının pozulması kimi hallara yol verilməməsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi bütün struktur qurumların rəhbərləri və tabe prokurorlardan tələb olunmuşdur.
Əməliyyat müşavirəsində xüsusi qeyd edilmişdir ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılmışdır. Aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 3-ü vəzifədən azad edilmişdir.
Hesabat dövründə kadr işinin düzgün təşkili və onun müasir standartlar səviyyəsində daha da təkmilləşdirilməsi, kadrların seçilib yerləşdirilməsi, vəzifədə irəli çəkilməsi, "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq 80 ştat vahidi üzrə prokurorluğa işə növbəti qəbulun şəffaf və ədalətli prosedurlar əsasında başa çatdırılması, prokurorluqda işləmək arzusunda olan gənclərin sıralarından ən layiqlilərinin seçilməsi barədə Baş Prokurorluğun əlaqədar qurumlarına müvafiq tapşırıqlar verən Baş prokuror Zakir Qaralov, 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə nəticəsində işə qəbul edilməklə prokurorluğun kadr korpusunun 67 faizini təşkil edən 873 gənc mütəxəssislərin müxtəlif vəzifələrdə, o cümlədən rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi və sair kimi məsul vəzifələrdə səmərəli fəaliyyət göstərməsini ölkəmizdə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluqda aparılan islahatların böyük uğuru kimi dəyərləndirmişdir.
Diqqətə çatdırılmışdır ki, prokurorluq orqanları tərəfindən 2019-cu ilin birinci yarısında görülmüş işlərin vəziyyəti təsdiq edilmiş cədvələ uyğun olaraq bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilmiş, Baş prokurorun müavinləri, Baş Prokurorluğun Kollegiya üzvlərinin sədrliyi və tabe şəhər və rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə Sumqayıt və Gəncə şəhərləri, Şamaxı, Qəbələ, İmişli, Salyan və Lənkəran rayonlarında keçirilmiş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilmiş, "Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində Baş Prokurorluğun nəzarətinin daha da gücləndirilməsi, tabe prokurorluqlarda xidməti, icra və əmək intizamının yüksəldilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Əməliyyat müşavirələrində qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş və Baş Prokurorluğun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilmişdir.
Müşavirədə 2019-cu ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubov məruzə etmişdir. Müzakirələrdə çıxış edən Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədov və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi Nemət Əvəzov "Elektron cinayət” proqramının tətbiqi ilə bağlı tapşırıqların icrası istiqamətində görülən işlər barədə müşavirə iştirakçılarına ətraflı məlumat vermişlər.
Müşavirəyə yekun vuran Baş prokuror Zakir Qaralov Baş Prokurorluğun əlaqədar struktur qurumlarına və bütün tabe prokurorluqlara, ilk növbədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu neqativ təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində bundan sonra da sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin görülməsi barədə göstərişlər vermişdir. Eyni zamanda xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmin edilməsi prinsipləri üzərində qurulmasının, müasir texnologiyaların tətbiqinin, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin zəruriliyi vurğulanmışdır.
Əməliyyat müşavirəsində inam ifadə olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanları bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:59
Kamran Əliyev “Belem Bəyannaməsi”ni imzalayıb
Bu gün, 15:09
Bakının iki rayonundakı qəzalı binalar sökülür
Bu gün, 12:41
Sabah hava necə olacaq? - Proqnoz
Bu gün, 12:13
İrandan Azərbaycana 35 kq narkotik keçirmək istəyiblər
Bu gün, 11:32
Şəmkirdə maskalı şəxs evə basqın edib - Foto
Bu gün, 11:14
Quldurlar avtobus sərnişinlərini qarət ediblər
Bu gün, 09:30
Bakıda avtomobildə partlayış olub, yaralı var
Bu gün, 09:29
Daxili İşlər Nazirliyi sürücülərə çağırış edib - Video
Dünən, 17:49
Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyulub
Dünən, 17:42
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
Dünən, 14:50
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
Dünən, 12:41
Sabah bəzi ərazilərə yağış yağacaq
Dünən, 12:39
Axtarışda olan 4 nəfər Azərbaycana gətirilib
Dünən, 07:34
NASA Maskın şirkətindən imtina edə bilər - Foto
21-10-2025, 23:28
Biləsuvarda 45 yaşlı kişi bıçaqlanıb
21-10-2025, 17:48
Muxtar Babayev keçmiş işçisinə vəzifə verib
21-10-2025, 17:11
Bıçaqlanan mətbuat katibi evə buraxılıb
21-10-2025, 16:23
Sumqayıtda iynə vurulan 43 yaşlı kişi ölüb
21-10-2025, 13:12
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
21-10-2025, 12:48
Sabah yağış yağacaq - Proqnoz
21-10-2025, 11:20
Yavər Camalovun ailəsinə ağır itki üz verib
21-10-2025, 10:24
"SpaceX" 10 000-ci peykini orbitə çıxardıb - Foto
20-10-2025, 17:11
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
20-10-2025, 16:56
Bulvar İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb
20-10-2025, 14:42
AZAL təyyarəsi Sankt-Peterburqa qayıtmağa məcbur olub - Yenilənib
20-10-2025, 12:37
Sabahın hava proqnozu açıqlanıb
20-10-2025, 12:14
Xaçmazda 34 yaşlı şəxs güllələnib
20-10-2025, 11:21
Ötən ay xaricdə təhsil almış 108 nəfərin diplomu tanınmayıb
20-10-2025, 10:46
Su anbarında meyit tapılıb
20-10-2025, 09:40
Gəncədə 25 yaşlı gənc toyda bıçaqlanıb
20-10-2025, 09:20
Şəmkirdə kişi avtomobil qaldırıcısının altında qalaraq ölüb
17-10-2025, 19:38
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
17-10-2025, 18:02
DİN-də kollegiya iclası keçirilib
17-10-2025, 16:57
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
17-10-2025, 14:09
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
17-10-2025, 12:50
Sabah yağış yağacaq - Proqnoz
17-10-2025, 12:05
"Hakimlər haqqında" qanuna dəyişikliklər qəbul olunub
17-10-2025, 10:26
Xidmət: "Yağışlı hava davam edəcək"
17-10-2025, 09:56
Ekspert: "Eşqi Bağırov Agentliyə buraxılmır, onun "qələm"i qırılıb"
17-10-2025, 08:47
Robot köpəklər Çinin küçələrində patrulluq edirlər
17-10-2025, 08:05
3D-bioprinter tibb aləmində yenilik olacaq
16-10-2025, 18:01
Fərhad Əhmədov məhkəmədə: "İnandırmışdılar ki, yaxtanı azad edəcəklər"
16-10-2025, 17:09
Daha bir vəzifəli şəxs saxlanılıb - Foto
16-10-2025, 16:25
Füzulidəki qəzada dörd nəfər xəsarət alıb

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki