Nazir yeni rektoru kollektivə təqdim etdi
Tarix: 01-08-2019 15:03 | Bölmə: Cəmiyyət
Nazir yeni rektoru kollektivə təqdim etdi

Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsinə təyin olunan Vilayət Vəliyev universitetin kollektivinə təqdim edilib.

Reyting.az
Təhsil Nazirliyinə istinadla xəbər verir ki, rektoru kollektivə təqdim edən Təhsil naziri Ceyhun Bayramov Vilayət Vəliyevin bioqrafiyası barədə məlumat verib. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində uğurlu islahatlar həyata keçirildiyini diqqətə çatdıran Ceyhun Bayramov bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq tövsiyələrini verib.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev ölkə Prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}