18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı əmr verildi
Tarix: 01-08-2019 16:51 | Bölmə: Cəmiyyət
Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı əmr verildi

Təhsil naziri Ceyhun Bayramov "Şagirdlərin yerdəyişməsi prosesinin elektronlaşdırılması haqqında” əmr imzalayıb.

Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumata görə, əmrə əsasən, 2019-2020-ci dərs ilindən etibarən ümumtəhsil məktəb şagirdlərinin yerdəyişməsi ölkə üzrə elektron sistem vasitəsilə həyata keçiriləcək.

"Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem” avqustun 15-dən istifadəyə veriləcək.

Əmr ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq və icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər