17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
5 abituriyent ali məktəbə imtahansız qəbuldan imtina edib
Tarix: 01-08-2019 17:11 | Bölmə: Cəmiyyət
5 abituriyent ali məktəbə imtahansız qəbuldan imtina edib

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqədənkənar qəbul olmaq hüququ qazanan 5 abituriyent budan imtina edib.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, həmin abituriyentlər müsabiqədə ümumi qaydalarla iştirak edəcəklərini bildiriblər.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}