Bu şəxslər ali məktəblərə imtahansız qəbul olundular - Siyahı
Tarix: 01-08-2019 17:26 | Bölmə: Cəmiyyət
Bu şəxslər ali məktəblərə imtahansız qəbul olundular

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqədənkənar qəbul olmuş abituriyentlərın sayını açıqlayıb.

DİM-dən Reyting.az-a bildirilib ki, 2019/2020-ci tədris ilində 3 nəfər incəsənət sahəsi üzrə, 3 nəfər dünya fənn olimpiadası, 22 nəfər respublika fənn olimpiadası, 71 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 1 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan “Internatıonal Baccalaureate” təhsil proqramı üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunub.

Müsabiqədənkənar qəbul olunan abituriyentlər dövlət sifarişi əsasında təhsil alacaqlar. “Abituriyent” jurnalının 4 saylı buraxılışında təqdim olunan dövlət sifarişli yerlərdən müvafiq ixtisaslar üzrə 99 yer artıq tutulub.

Həmin abituriyentlərin qəbul olunduqları ixtisaslarların siyahısı ilə DİM-in saytında tanış olmaq mümkündür.

Bir nəfər “Internatıonal Baccalaureate” təhsil proqramının məzunu isə ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına (təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir) qəbul olunub. Beş abituriyent isə müsabiqədənkənar qəbul olmaq hüququndan imtina edib və müsabiqədə ümumi qaydalarla iştirak edəcəklərini bildirib.

Bundan əlavə, SAT imtahanının nəticələrinə əsasən, 12 nəfər kompüter elmləri, 5 nəfər kompüter mühəndisliyi, 3 nəfər informasiya texnologiyaları, 22 nəfər iqtisadiyyat, 21 nəfər beynəlxalq münasibətlər, 36 nəfər biznesin idarə olunması, 5 nəfər isə dövlət və ictimai münasibətlər ixtisası üzrə ADA Universitetinə qəbul olub.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}