11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Quli düşmənlərindən qaçır: “Qanuni oğru” Qətərə köçmək qərarı verib
Tarix: 05-10-2019 19:11 | Bölmə: Cəmiyyət
Quli düşmənlərindən qaçır: “Qanuni oğru” Qətərə köçmək qərarı verib

Kriminal aləmdə Quli kimi məşhur olan “qanuni oğru” Nadir Səlifov Türkiyədən Qətərə getmək qərarına gəlib.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, azərbaycanlı nüfuzlu avtoritet xüsusi xidmətin köməyi ilə Qətər əmirliyində yaşamaq hüququ əldə edib və orada mühafizə ilə də təmin olunacaq.

Digər məlumatda qeyd edilir ki, “oğru aləmi” Qulinin davranışlarından razı deyil. Onun həyatı ilə bağlı sosial şəbəkələrdəki paylaşımlarının digər “qanuni oğrular”ın ürəyincə olmadığı da vurğulanır.

Mənbə qeyd edir ki, Səlifov bir neçə həftə dalbadal “yığıncağa” çağırılır və burada bütün məsələlərin aydınlaşdırılması istənilir. Ancaq o, görüşlərdən bu üsulla yayınır: telefon nömrələrini dəyişir, indi isə yaşayış yerini dəyişmək qərarına gəlib.

Ehtimal olunur ki, məhz bu fikir ayrılıqları səbəbindən “qanuni oğru” Qətərə getmək qərarını verib. Qulinin sosial şəbəkələrdəki paylaşımları isə çoxlarını təəccübləndirib. Sentyabrın axırında hansısa şənlikdə qırımızı paltarlı xanımla birgə rəqs etdiyi səhnənin çəkildiyi çarxı sosial şəbəkəyə yerləşdirmişdi. Əvvəllər “oğrular”ın şəxsi həyatlarını nümayiş etdirmələri onlara hörmət gətirməzdi.

Onun Rusiyaya yaxın ərazidən daha uzağa getməsinə səbəb “qanuni oğru” Badri Koquaşvili ilə münaqişəsinin gərginləşməsi ola bilər. Bəzi ekspertlər ehtimal edir ki, iki “qanunçu” arasındakı bu müharibənin sonu onlardan birinin ölümü ilə nəticələnə bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}