Vəhhabilərin baş müftisi: "İranlılar müsəlman deyil"
Tarix: 07-09-2016 10:27 | Bölmə: Cəmiyyət / Xəbərlər

 

 

Reyting.az xəbər verir ki, Səudiyyə Ərəbistanının baş müftüsü Əbdüləziz əl-Şeyx İranın dini lideri Ayətullah Xamnənin həcc ziyarəti ilə əlaqədar ölkəsini suçlamasına cavab verib. Əl-Şeyx "İranlılar müsəlman deyil" ifadəsini işlədib.

Xatırladaq ki, 2015-ci ildə həcc ziyarəti zamanı yaşanan izdihamda 2 min 246 hacı, o cümlədən 464 iranlı zəvvar həlak olub. İran rəsmiləri və din xadimləri bu faciədə Səudiyyə Ərəbistanını ittiham edirlər.

Dünən Ayətullah Xamnəi bütün dünya müsəlmanlarına açıq məktubla müraciət edərək ötənilki faciəni bir daha xatırladıb.

 

 





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər