16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Mingəçevirdə silahlı insident - Ağdamlı şəhər sakinini güllələyib
Tarix: 21-01-2020 11:45 | Bölmə: Cəmiyyət
Mingəçevirdə silahlı insident - Ağdamlı şəhər sakinini güllələyib

Mingəçevir Şəhər Polis Şöbəsinə  şəhər sakini Ziyad Mirzəyevin güllə yarası alması barədə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, Şəhər Polis Şöbəsi və Prokurorluğunun birgə keçirdikləri istintaq, əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Mirzəyevə atəş açan şəxsin tanışı, Ağdam rayon sakini Elsevər Quliyev olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılıb. E.Quliyevin Z.Mirzəyevə aralarında yaranmış şəxsi münasibətlər zəminində ov tüfəngindən atəş açması müəyyən olunub.

Faktla bağlı şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}