21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Türkiyə səfiri: "Xocalı faciəsinin səbəbkarları cəzasını almadan bu məsələ bağlanmayacaq"
Tarix: 26-02-2020 10:59 | Bölmə: Cəmiyyət
Türkiyə səfiri: "Xocalı faciəsinin səbəbkarları cəzasını almadan bu məsələ bağlanmayacaq"

"Hər zaman olduğu kimi açıq bildirirəm ki, bu faciənin səbəbkarları cəzasını almadan bu məsələ bağlanmayacaq".

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Xocalı faciəsi abidəsini ziyarət edən zaman jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, şəhidləri anmaq üçün Azərbaycandakı türk toplumlarının nümayəndələri də abidəni ziyarət edib:

"Xocalı faciəsi dünyanın 20-ci əsrdə görülən ən böyük kədəridir. Tarixə qara gecə adı ilə düşən gündən keçən 28 il keçməsinə baxmayaraq hələ də bu faciənin səbəbkarlarının ədalət qarşısında mühakimə olunmaması çox böyük bir əksiklikdir. Biz Türkiyə Respublikası olaraq, həmişə olduğu kimi Azərbaycanın bu çətin günündə yanındayıq. Biz bir millət, iki dövlətik. Bir daha Xocalı şəhidlərinə Allahdan rəhmət diləyirik".

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər