21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Tibb Universitetinin klinikasında nə baş verib? - Açıqlama
Tarix: 12-03-2020 19:50 | Bölmə: Cəmiyyət
Tibb Universitetinin klinikasında nə baş verib?

Azərbaycan Tibb Universiteti (ATU) sosial şəbəkələrdə ali təhsil müəssisəsinin Tədris Cərrahiyyə Klinikasının fəaliyyətinin dayandırılması barədə yayılan məlumatlarla bağlı açıqlama verib.

ATU-dan Reyting.az-a daxil olan məlumata görə, klinika iş fəaliyyətini davam etdirir, lakin bir mərtəbəsi tamamilə boşaldılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında koronaviruslu xəstənin olması və Klinikanın Kardiologiya və Urologiya şöbələrinin bağlanması ilə bağlı məlumat yayılıb.

ATU-dan bildirilib ki, Tədris Cərrahiyyə Klinikasına müraciət edən pasiyentlərdən biri xarici ölkədə olduğu üçün şübhəli bilinərək Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndərilib: "Hər ehtimala qarşı həmin xəstə ilə təmasda olan bütün tibbi personal müayinədən keçirilib. Həmin şöbələrin olduğu mərtəbə bağlanılıb və şöbə başqa mərtəbələrə köçürülüb. Həmin şöbədə bir daha dezinfeksiya işləri aparılıb. Hazırda klinika öz fəaliyyətini davam etdirir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər