16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Marneulidə 15 min, Bolnisidə isə 3400 nəfər koronavirusu sürətlə aşkarlayan testdən keçirilib
Tarix: 26-03-2020 12:30 | Bölmə: Cəmiyyət
Marneulidə 15 min, Bolnisidə isə 3400 nəfər koronavirusu sürətlə aşkarlayan testdən keçirilib

“Marneulidə 15 min nəfər, Bolnisidə isə 3 400 nəfər koronavirusu sürətlə aşkarlayan testdən keçirilib”.

Bu barədə Kvemo Kartli (Borçalı) bölgəsinin qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, aparılan test yoxlamalarının nəticəsində iki rayonda koronavirusa hələ hər hansı bir yoluxma halı təsdiqlənməyib.

Qubernatorun sözlərinə görə, Marneuli və Bolnisidə ciddi karantin rejimi normal qaydada davam edir: “Hazırda hər iki bələdiyyədə ərzaq məhsulları, yanacaq və dərman preparatları kifayət qədərdir. Bu gün 10 min ədəd tibbi maska və digər tibbi ləvazimatlar Marneuli və Bolnisidə paylanılacaq”.

Qeyd edək ki, azərbaycanlıların yığcam yaşadıqları hər iki rayonda martın 23-dən ciddi karantin rejimi tətbiq olunur/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}