Güclü külək təsərrüfatlara ziyan vurub
Tarix: 23-05-2020 12:50 | Bölmə: Cəmiyyət
Güclü külək təsərrüfatlara ziyan vurub

Ölkənin Qərb və Şimal-qərb rayonlarında 23-25 may tarixlərində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejimini davam etdirir.

ASC-dən məlumatına görə, gecə saatlarında güclü külək Gəncə şəhəri, Şəmkir, Samux, Şəki, Qax, Balakən və Zaqatala rayonları ərazisində ciddi fəsadlar törədib, dam örtüklərini və iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb, bəzi yaşayış massivlərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaradıb. “Azərişıq” ASC-nin qəza xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində elektrik enerjisinin verilişi tam bərpa edilib.

Mövcud hava durumu ilə əlaqədar ərazilərə əlavə mal-material və texnika ayrılıb.

Güclü külək təsərrüfatlara ziyan vurubGüclü külək təsərrüfatlara ziyan vurub

Reyting.az




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}