08:57 / 05-09-2025
Yeni film reytinq cədvəlində yüksək səs toplayıb - Foto
08:50 / 05-09-2025
"Optimus"-un yeni nəsil versiyasını təqdim ediblər
08:43 / 05-09-2025
Çin nüvə arsenalını gücləndirir
08:28 / 05-09-2025
Peskov: Putinin Trampla görüşünü çox tez təşkil etmək olar
08:23 / 05-09-2025
Ledi Qaqa nişanlısı ilə yaxtada görüntülənib
08:16 / 05-09-2025
Pentaqon Venesuelanın təxribat xarakterli addımını pisləyib
08:09 / 05-09-2025
Ruslar Zelenskini Moskvada sınamaq istəyirlər
08:03 / 05-09-2025
Tramp Pentaqonla bağlı bəyanat verəcək
04:30 / 05-09-2025
Naxçıvanda istirahət mərkəzində platforma aşıb, 3 nəfər ölüb
22:59 / 04-09-2025
Ermənilərin Bakıda növbəti məhkəməsi keçirilib
18:12 / 04-09-2025
Konfrans Liqası: "Samsunspor"un heyəti bəlli olub
18:08 / 04-09-2025
Türk klubu Hacı ilə anlaşıb
18:02 / 04-09-2025
Dövlət Xidməti "Telegram"dakı dələduzluq hallarını araşdırır
17:49 / 04-09-2025
Cəlilabadda avtomobil qəzası: yaralananların sayı 8-ə çatıb
17:30 / 04-09-2025
Avropaya yeni təhlükə yaranır
17:29 / 04-09-2025
Oleq Bakinski bəraət istəyir
17:22 / 04-09-2025
Gürcüstana müalicəyə gedən həkim qəzada ölüb
17:18 / 04-09-2025
Muzeydən 9,5 milyon avroluq eksponat oğurlanıb
17:13 / 04-09-2025
Rus ordusu xəstəxanaya üç hava bombası atıb
17:01 / 04-09-2025
Peşə məktəblərinə qəbulun II mərhələsinin nəticələri açıqlanıb
16:51 / 04-09-2025
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
16:38 / 04-09-2025
Əməkdar artist aparıcılıq edəcək
16:22 / 04-09-2025
Prezident Bolqarıstandakı səfiri geri çağırıb - Sərəncam
16:06 / 04-09-2025
Çin dünyaya meydan oxuyur - Hərbi ekspert
16:01 / 04-09-2025
Akademik borcu olanlara "Tələbə krediti" verilməyəcək
15:51 / 04-09-2025
XİN Sudan hökumətinə başsağlığı verib
15:49 / 04-09-2025
Professor: Rusiyada Azərbaycanla bağlı reallıqları anlamağa başlayırlar
15:38 / 04-09-2025
"Tağıyev: Neft" filmi "Oskar" mükafatına namizəd kimi təqdim olunub
15:35 / 04-09-2025
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
15:18 / 04-09-2025
Bədənin istiliyindən elektrik hasil olunur - Foto
18:20 / 31-08-2025

15:02 / 31-08-2025

08:55 / 01-09-2025

18:10 / 01-09-2025

16:05 / 02-09-2025

19:51 / 02-09-2025

16:45 / 01-09-2025

19:47 / 01-09-2025

07:40 / 02-09-2025

07:23 / 01-09-2025

22:48 / 02-09-2025

09:10 / 31-08-2025

Süleyman Rüstəmdən şair qardaşına şikayət edən kim olub? - Xatirələrdən seçmələr
Tarix: 25-09-2020 00:28 | Bölmə: Cəmiyyət

İkinci Dünya müharibəsi illərində bir qrup Azərbaycan yazıçısı sovet qoşunlarının tərkibində İranda fəaliyyət göstərib. Onların arasında xalq şairi Süleyman Rüstəm də olub. Şairin İran xatirələrində maraqlı məqamlar var.
Reyting.az S. Rüstəmin “Seçilmiş əsərləri”ndən seçmələri təqdim edir:
“Cənubi Azərbaycan mətbəxi dünyada birincidir. Restoranların, evlərin qarşısından keçəndə xörəklərin ətri adamı iştaha gətirir. Yadımdadır, Tehranda Şah sarayında banket olanda, Tehrandan Təbrizə təyyarə gələrdi, Təbriz aşpazlarını Tehrana xörək bişirmək üçün aparardılar.
"Xurşid" restoranında qəribə qayda var. Müştəri içəri girir. Bir miz arxasında oturur. İki dəqiqə ərzində xidmətçi süfrəyə göyərti, çörək, qatıq, dolma və əlli qram araq gətirir. Deyirsən ki, "Ağa, mən bunu istəməmişəm". Cavab alırsan ki, "Ağa, bu bizim restoranın sizə məccani (pulsuz) xidmətidir. Sonra kefiniz nə istərsə, buyurarsınız".
Restoran bu yol ilə özünə müştəri toplayırdı.
Burada pivəni duzda qovrulmuş püstə və ya badamla içirlər. Təbrizdə cızbızxanada çox adam olur. Bir kababxana da vardı ki, orada ağciyərdən, qaraciyərdən, böyrəkdən, ürəkdən və ağ ətdən dadlı kabab hazırlayırdılar.
Təbrizli dostlar bizi tez-tez bu yerlərə aparırdılar. Bir gün mən onları qonaq etməli idim. Birdən gördüm ki, yanımda pulum bir qədər azdır. "Vətən yolunda" qəzeti redaksiyasına getdim. Vaxt gec idi. Bizim maliyyə işlərinə baxan İsrafil Cahangirovu tapdım. Ona məsələni anlatdım. O dedi ki, əlimdə bir şey olmalıdır ki, mən də sənə pul verə bilim. Təzə şeirin varsa ver, sənə avans verim, təzə, hazır şeirim yox idi. Oturub on dəqiqənin içərisində "Araz qırağında" adlı qəzəli yazıb ondan lazımi qədər para ala bildim.
Orada məndən başqa da azəri sovet yazıçı və şairləri vardi. Osman Sarıvəllinin də bir sıra gözəl, tutarlı, hədəfə dəyən şeirləri cənublular tərəfindən sevilə-sevilə oxunurdu. Orada ziyalılarımızdan bir nəfər də vardı. Mən onu içəridən görmürdüm. O, mənzilində yağlı yeməklər yeməklə və şair qardaşını ağızdolusu təriflə və başqa şairlərlə müqayisə edərək üstün tutmaqla məşğuldu. Şeirlərimə görə qazandığı az-çox hörmətə qarşı onda böyük qısqanclıq hisslərinin coşduğunu görürdüm.
Məni istər bizim konsulluqda və istərsə Təbriz rəsmi orqanları tərəfindən verilən ziyafətlərə tez-tez dəvət edərdilər. Ziyalı dostumuz bunu özünə dərd edər, Əziz Əliyevi və başqa yoldaşları bu münasibətlə məzəmmət edərdi.
Nəhayət, bir axşam bizim yoldaşlar qubernatorun verdiyi ziyafətə onu da apardılar. Banketdə Avropa qaydasıyla hamı ayaq üstə yemək yeyirdi. Bizim dostumuz məclisə ləkəli, yağlı paltarla gəlmişdi. Məclisə plov gələndə, özündən uzaqda olan bir yoldaşı bağıraraq yanına çağırdı. Plova qaşıqla yox, pəncəylə hücum etdi. Bunu görən Əziz Əliyev mənə dedi ki, "Süleyman, biabır olarıq, get o yoldaşlara de ki, məclisdən xəlvəti çıxıb getsinlər".
Mən bunu edə bilməyəcəyimi bildirdim. Bu axşamkı banketdən birtəhər üzüsulu evə qayıtdıq. Əziz Əliyev yoldaş həmin dostumuzu xeyli məzəmmət etdi. Daha bundan sonra təşkil olunan qonaqlıqlara onu aparmadılar.
Həmin dostumuz isə bunun günahını özündə yox, məndə görürdü. Onun fikrincə, biz hamımız gərək bütün rəsmi məclislərdə, banketlərdə, yığıncaqlarda bir sözlə, hər yerdə onun qardaşından danışmalı idik. Halbuki qardaşının buna heç ehtiyacı yox idi.
Arada Bakıda olduğum zaman öyrəndım ki, həmin dostumuz şair qardaşına məktub yazıb məndən şikayətlənmiş. Mən hər yerdə, hər zaman bir sovet adamı olduğumu nəzərə almışam. Həmişə vətən və xalq işində bacardığım qədər çalışmağa can atmışam.
Təbrizdə İngiltərənin, Türkiyənin də konsulluğu vardı. İngilis konsulluğunun katibi eni-uzunu bir yaşlı adamdı. Bu adam həmişə sovet adamlarına hədiyyələrlə yaxınlaşmaq istəyirdi. Xüsusilə Bakıdan gəlmiş opera teatrının balet qızlarına hədiyyələr təklif edirdi. Lakin bizim qızlar bu hədiyyələrə yaxın gəlmirdi”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 08:50
"Optimus"-un yeni nəsil versiyasını təqdim ediblər
Dünən, 17:29
Oleq Bakinski bəraət istəyir
Dünən, 17:22
Gürcüstana müalicəyə gedən həkim qəzada ölüb
Dünən, 15:18
Bədənin istiliyindən elektrik hasil olunur - Foto
Dünən, 12:43
Sabah hava necə olacaq? - Proqnoz
Dünən, 12:03
Şərurlu İsfəndiyar yenə hakim qarşısına çıxarılıb
Dünən, 09:42
20 yaşlı sürücü avtomobillə qadını vuraraq öldürüb
Dünən, 09:28
İki yeniyetmə su kanalında boğulub
3-09-2025, 18:20
Gədəbəydə dağlıq ərazidə yanğın olub - Video
3-09-2025, 18:12
Tiktoker xanımın anası məhkəmədə dindirilib
3-09-2025, 16:09
Azyaşlı qızın toyu dayandırılıb - (Yenilənib)
3-09-2025, 15:30
Bəhruz Səmədovun apellyasiya şikayəti təmin etməyiblər
3-09-2025, 14:32
Ağsuda yanğın törədən şəxs müəyyən olunub
3-09-2025, 14:08
Asteroid sürətlə Yerə yaxınlaşır - Xəbərdarlıq
3-09-2025, 13:26
Üç kollecə direktor müavini təyinatı olub
3-09-2025, 12:46
Sabah yağış yağacaq - Proqnoz
3-09-2025, 11:48
"Telegram" üzərindən yeni dələduzluq halları çoxalıb
3-09-2025, 10:45
Sertifikasiyadan kəsilən müəllimlər məhkəmədə iddia qaldırıblar
3-09-2025, 10:38
Səfirliyin sabiq əməkdaşının məhkəməsi başlayıb
3-09-2025, 08:14
Peyğəmbərin (s.ə.s) Mövludu günüdür
2-09-2025, 17:45
Qondarma “Xarici İşlər Nazirliyi”nin yerində Baş idarə tikiləcək
2-09-2025, 17:27
Elektron Təhlükəsizlik Xidmətinə mətbuat katibi təyin olunub
2-09-2025, 16:50
Laçında dövlət sərhədindən buraxılış məntəqəsi yaradılır
2-09-2025, 15:30
Xəstələr üçün yığılan pulu ələ keçirən şəxs tutulub
2-09-2025, 14:53
15 saylı həbsxanaya rəis təyinatı olub
2-09-2025, 14:44
Bakıda çoxmərtəbəli binada yanğın: 12 nəfər təxliyə olunub
2-09-2025, 12:37
417,5 kiloqram narkotiki ələ keçirib, 10 şübhəli tutulub
2-09-2025, 12:21
Sabahın hava proqnozu açıqlanıb
2-09-2025, 11:48
Özünü vəzifəli şəxs kimi təqdim edən şəxs tutulub
2-09-2025, 10:35
Məktəbli geyimlərinin satıldığı ünvanlar... - Siyahı
2-09-2025, 08:15
Sudanda bir kənd uçqun altında qalıb
1-09-2025, 18:03
Azərbaycanın göndərdiyi humanitar yardım Ukraynaya çatıb
1-09-2025, 17:12
Sabiq rəisi hakim qarşısına çıxarılıb
1-09-2025, 16:03
Beyləqanda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
1-09-2025, 15:31
Lisey direktorunun ölkədən çıxışına “stop” qoyulub
1-09-2025, 12:15
Sabahın hava proqnozu açıqlanıb
1-09-2025, 11:54
Əfqanıstandakı zəlzələdə ölənlərin sayı artır - (Yenilənib+)
1-09-2025, 11:26
Keçmiş mətbuat katibi yeni vəzifəyə təyin olunub
1-09-2025, 10:58
Məktəbli geyimləri və ləvazimatları bahalaşıb
31-08-2025, 12:15
Salyanda avtomobil kanala aşıb - Bir nəfər ölüb, beş nəfər xəsarət alıb