16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Gürcüstan müsəlmanlarının rəhbəri istefa verib
Tarix: 26-09-2020 21:12 | Bölmə: Cəmiyyət
Gürcüstan müsəlmanlarının rəhbəri istefa verib

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Şərqi Gürcüstan üzrə müftisi Hacı Yasin Əliyev istefa verib.

Reyting.az
-ın məlumatına görə, Hacı Yasin Əliyev şəxsi facebook hesabında mufti vəzifəsindən istefa verməsi barədə yazıb:

"Nəzərinizə çatdırım ki, əməkdaşlarımızın da xəbərdar olduğu kimi, son zamanlar sağlamlığımda müəyyən ciddi problemlər yaranıb. Bir ildir ki, həkimlərin nəzarəti altında intensiv olaraq mualicə olunuram. İnşallah ki, Uca Allahın şəfası və həkimlərin də köməyi ilə tez bir zamanda sağalaram. Həkimlərin məsləhəti və tövsiyələrinə əsasən, mualicə dönəmində psixoloji və fiziki olaraq stress və ağır işlərdən uzaq olub, istirahətə çox önəm verməli olduğum bildirilib. Təbii ki, tutduğum məsuliyyətlə həmin tövsiyələrə əməl etmək mümkün olmadığından iki uşaq atası olaraq öz işimdən çəkilməyi, istefa verməyi qərara alıram".

Yasin Əliyev həmçinin öz qeydində, çalığşdığı dövr ərzində öz fəaliyyətinə də nəzər salıb:

"Mən, həmkarlarım şeyx və müfti ilə müsəlman icması üçün 20 illik fədakar zəhmət və şirin xatirələrlə ayrılacağam. Dinə xidmət etdiyim illərdə Şərqi Gürcüstanda yaşayan müsəlmanlar üçün bir sıra faydalı işlərin görüldüyünü deyə bilərəm. Onlarla məscidlər təmir edildi, bir neçəsi yenidən inşa olundu. Qeydiyyatı olmayan məscidlərimizin böyük hissəsinin bu sahədəki problemi həll olunub idarənin sərəncamına verildi. Bir neçə dini ədəbiyyat çap edilib müsəlmanların ixtiyarına çatdırıldı. Hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində ibadət otaqları açıldı. Digər dini konfessiyalarla əlaqələr qurulub birgə mühüm layihələr həyata keçirildi. Ən əsası, mənim, həmkarlarımın və həmfikirlərimin iradəsi və təşəbbüsü nəticəsində Bütün Gürcüstan Müsəlmanları İdarəsi təsis edildi".

Hacı Yasin həmçinin bundan sonra onu kimin əvəz edəcəyi ilə bağlı da açıqlama verib:

"Qeyd edim ki, yaxın gələcəkdə Ali Dini Şura toplanaraq yeni müftini seçki yolu ilə müəyyənləşdirəcəklər. Ona qədər mənim (Şərqi Gürcüstan Müftisi) vəzifəsini sizin hamınızın yaxşı tanıdığınız mənim muşavirim Hacı Eyvaz Mərdanov icra edəcək".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}