14:05 / 08-09-2025
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
13:59 / 08-09-2025
İcraçı direktor vəzifədən azad olunub
13:56 / 08-09-2025
Rusiya Çinin daxili istiqraz bazarına qayıdır
13:46 / 08-09-2025
Kamala Harris mühafizəsiz qalıb
13:39 / 08-09-2025
Ukrayna ordusu xeyli əraziyə nəzarəti bərpa edib
13:20 / 08-09-2025
Xocalı və Ağdərəyə növbəti köç olub - (Yenilənib) - Fotolar
12:46 / 08-09-2025
Vəzifəli şəxs saxlanılıb
12:43 / 08-09-2025
Rusiyaya qarşı daha sərt sanksiyalar hazırlanır
12:34 / 08-09-2025
Sabah yağış yağacaq
12:22 / 08-09-2025
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv olunacaq
12:19 / 08-09-2025
Azərbaycan millisinin baş məşqçisi istefaya göndərilib
12:14 / 08-09-2025
Gürcüstanda 30 kriminal avtoritet həbs olunub
12:08 / 08-09-2025
Azərbaycan prezidenti Qazaxıstana səfər edəcək
11:58 / 08-09-2025
Maduro Kolumbiya ilə sərhədə 25 min hərbçi yerləşdirir
11:56 / 08-09-2025
Bakıda “KamAZ” avtomobilin üzərinə aşıb, ölən var - Fotolar - Yenilənib
11:39 / 08-09-2025
Avropa Afrikada böyük layihəyə start verir
11:29 / 08-09-2025
Saxta soyqırımla bağlı qanun dəyişir
11:28 / 08-09-2025
Prezident Qordana Silyanovska-Davkovaya məktub göndərib
11:23 / 08-09-2025
Rusiyada daha bir azərbaycanlı saxlanılıb
11:09 / 08-09-2025
Ukraynanı üç hissəyə bölürlər
10:51 / 08-09-2025
Avropa liderləri müharibəyə son qoymaq üçün ABŞ-a gedir
10:49 / 08-09-2025
Alim Qasımovdan 5 milyonluq villası barədə... - Açıqlama
10:35 / 08-09-2025
Bakıda bəylə gəlin toya at belində getdi - Video
10:27 / 08-09-2025
Qazaxıstanda süni intellekt nazirliyi yaradılacaq
10:02 / 08-09-2025
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
09:55 / 08-09-2025
Bakıda mikravtobus qəzaya düşüb, xəsarət alanlar var
09:54 / 08-09-2025
İstirahət mərkəzində yanğın olub - Fotolar
09:43 / 08-09-2025
Ukrayna yaşayış məntəqəsini azad edib
09:20 / 08-09-2025
Anaya hədiyyə - Akif Abbasov yazır
08:51 / 08-09-2025
ABŞ qeyri-immiqrasiya vizalarının alınma qaydasını dəyişib
11:53 / 04-09-2025

16:06 / 04-09-2025

11:13 / 04-09-2025

18:03 / 03-09-2025

00:18 / 04-09-2025

18:25 / 06-09-2025

18:12 / 04-09-2025

22:31 / 05-09-2025

18:42 / 05-09-2025

18:05 / 07-09-2025

19:50 / 03-09-2025

13:20 / 07-09-2025

Fransanın “TF1” telekanalının erməni lobbisinin hədə-qorxuları ilə üzləşməsinə etiraz olunub
Tarix: 24-10-2020 15:07 | Bölmə: Cəmiyyət

Azərbaycan Mətbuat Şurası Fransanın “TF1” telekanalının yerli erməni lobbisi tərəfindən təhqir və hədə-qorxularla üzləşməsi ilə bağlı dünyanın aparıcı media qurumlarına, insan hüquqları birliklərinə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Şuradan Reyting.az-a verilən məlumata görə, müraciətdə bildirilib:
"2020-ci il sentyabrın 27-dən aktiv hərbi əməliyyatlar mərhələsinə keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir. Bu, həm Azərbaycan xalqının haqlı mövqeyinin təbliği, həm də ümumən dünyanın Qarabağ məsələsinə ədalətli münasibətinin formalaşması baxımından müstəsna əhəmiyyət daşımaqdadır.
Torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi Azərbaycanın 1 milyondan çox qaçqın və köçkünü var. Onlar Dağlıq Qarabağı və işğal edilmiş yeddi rayondakı evlərini məcburi tərk etmiş vətəndaşlarımızdır. Bir insanın 30 il doğulduğu, boya-başa çatdığı torpağa, yaşadığı evə gedə bilməməsinin nə demək olduğunu təsəvvür edə bilməzsiniz. Xalqımız bu məhrumiyyətlərlə yaşamaqdadır.
Təəssüf ki, dünya ictimaiyyəti ötən 30 ildə sadaladığımız reallıqlara biganə qalıb. Bu, 1 milyon azərbaycanlının taleyinə biganəlikdir. Hərbi əməliyyatların intensivləşdiyi hazırkı şəraitdə Qərbin bir sıra kütləvi informasiya vasitələri Qarabağ həqiqətlərinə yenə ədalətsiz və qərəzli yanaşırlar. Bütün bunları görürük və Azərbaycanla bağlı ədalətli mövqe nümayiş etdirən KİV-lərin işinə dəyər verir, onların fəaliyyətini yüksək qiymətləndiririk. Fransanın “TF1” telekanalına rəğbətimiz də məhz bundan qaynaqlanır.
Telekanalın əməkdaşı xanım Liseron Budul Dağlıq Qarabağ münaqişəsindəki hazırkı durumu peşəkarlıqla diqqətə çatdırıb, özü şəxsən hərbi əməliyyatların getdiyi ərazidə, Ermənistanın Azərbaycanın mülki əhalisini kütləvi qırğın silahları ilə atəşə tutduğu Gəncə, Tərtər və digər bölgələrində olub. Onun hazırladığı material çalışdığı telekanalda yayımlanıb.
Onu da təəssüflə bildirməliyik ki, “TF1” telekanalı bu reportajı yayımladıqdan sonra Fransadakı erməni lobbisinin üzvləri media orqanına və xanım Liseron Budula qarşı təzyiqlərə başlayıb. Onların açıq təhqirləri, ölüm hədə-qorxuları o həddə çatıb ki, telekanal həmin materialı sistemindən silmək məcburiyyətində qalıb.
Azərbaycan Mətbuat Şurası olaraq Fransa kimi bəşəri ənənələrə malik ölkədə demokratizmin mühüm göstəricisi sayılan söz azadlığına qarşı ağlagəlməz basqıdan hiddətlənir, faktı qətiyyətlə pisləyirik. İfadə etdiyimiz mövqe bütövlükdə Azərbaycan jurnalistlərinin məsələyə sərt yanaşmasıdır".
Müraciətdə qeyd olunub ki, MŞ erməni lobbisinin özbaşınalığını ümumilikdə Qərb dəyərlərinə münasibətdə ciddi təhdid kimi qiymətləndirir: "Bu təhdid eyni zamanda qitə üçün olduqca mənfi presedentdir və əgər qarşısı alınmasa, daha ciddi fəsadlar törədə bilər. Düşünmək mümkündür ki, Avropanın istənilən ölkəsinin media orqanları tərəfindən Azərbaycan, Dağlıq Qarabağ həqiqətləri ilə bağlı hazırlanmış obyektiv, qərəzsiz sujetlər, reportajlar erməni lobbisi tərəfindən təhdidlə qarşılanacaq. Sizlərdən belə bir acınacaqlı durumu yalnız təsəvvürə gətirməyinizi xahiş edirik. Biz Avropa cəmiyyətində söz və ifadə azadlığı üçün qorxunc mənzərə görürük. İstərdik ki, sizlər də görəsiniz və önləyici tədbirlərin həyata keçirilməsi üçün dəstəyinizi əsirgəməyəsiniz.
“TF1” telekanalının üzləşdiyi təzyiq nəinki Fransada, ümumilikdə Avropada qanunçuluğa təhdiddir. Bu təhdid söz və ifadə azadlığı kimi ali dəyərləri heçə saymağı, mediaya, jurnalistə qarşı təzyiqi, hədə-qorxunu normaya çevirə bilər. İstərdik ki, bunu da nəzərə alasınız.
Biz, Azərbaycan jurnalistləri Sizləri – dünyanın aparıcı media qurumlarını, insan hüquqları birliklərini və beynəlxalq təşkilatları Fransanın “TF1” telekanalına, onun əməkdaşı Liseron Budula qarşı Fransadakı erməni lobbisi tərəfindən həyata keçirilməkdə olan mənəvi təzyiqlərə, hədə-qorxulara biganə qalmamağa çağırırıq.
Biz Fransa hakimiyyəti orqanlarını “TF1” telekanalı ilə bağlı yaranmış durumu ciddi nəzarətə götürməyə səsləyirik. Arzu edərdik ki, Fransa hakimiyyəti hazırkı vəziyyətin həssaslığını nəzərə alaraq, erməni lobbisi tərəfindən ölümlə hədələnən xanım Liseron Budulun həyatı üçün təhlükə yarandığını düşünsün.
İstərdik ki, “TF1” telekanalı vaxtilə Məhəmməd Peyğəmbərlə bağlı karikatura yayımladığı üçün təzyiqlərlə üzləşən “Charlie Hebdo” satirik jurnalı kimi Fransa hakimiyyəti tərəfindən təhlükəsizlik himayəsinə alınsın.
Bir daha Sizləri “TF1” telekanalı ilə bağlı diqqətə çatdırdığımız məsələyə həssas yanaşmağa, söz və ifadə azadlığına qarşı açıq təhdidlərə susmamağa, məsələyə ciddi mövqe nümayiş etdirməyə çağırırıq. Qətiyyətinizə əminliyimizi bildiririk".
Bölməyə aid digər xəbərlər

Bu gün, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
Bu gün, 13:59
İcraçı direktor vəzifədən azad olunub
Bu gün, 12:34
Sabah yağış yağacaq
Bu gün, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
Dünən, 12:15
Sabah yağış yağacaq - Proqnoz
5-09-2025, 18:42
Daşkəsənin Alaxançallı kəndində sel fəsadlar törədib
5-09-2025, 17:30
Bəxtiyar Məmmədova Alay komandiri vəzifəsi həvalə olunub
5-09-2025, 17:07
Əli Əsədov qərar imzalayıb
5-09-2025, 16:58
Qadını maşınla vuran sürücü döyülüb
5-09-2025, 16:41
Bakıda evlərə girən qadın saxlanııb - Video
5-09-2025, 13:36
Sabah hava necə olacaq? - Proqnoz
5-09-2025, 12:37
Füzulidə yanğın törədən şəxs tutulub
5-09-2025, 12:33
İçərişəhərdə yeni Xidmət Mərkəzi fəaliyyətə başlayıb
5-09-2025, 11:32
Müəllimlərin təkrar sertifikasiyasının müsahibə nəticələri açıqlanıb
5-09-2025, 08:50
"Optimus"-un yeni nəsil versiyasını təqdim ediblər
4-09-2025, 18:02
Dövlət Xidməti "Telegram"dakı dələduzluq hallarını araşdırır
4-09-2025, 17:49
Cəlilabadda avtomobil qəzası: yaralananların sayı 8-ə çatıb
4-09-2025, 17:29
Oleq Bakinski bəraət istəyir
4-09-2025, 17:22
Gürcüstana müalicəyə gedən həkim qəzada ölüb
4-09-2025, 17:01
Peşə məktəblərinə qəbulun II mərhələsinin nəticələri açıqlanıb
4-09-2025, 16:01
Akademik borcu olanlara "Tələbə krediti" verilməyəcək
4-09-2025, 15:18
Bədənin istiliyindən elektrik hasil olunur - Foto
4-09-2025, 14:59
Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxslər saxlanılıb
4-09-2025, 14:51
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
4-09-2025, 12:43
Sabah hava necə olacaq? - Proqnoz
4-09-2025, 12:03
Şərurlu İsfəndiyar yenə hakim qarşısına çıxarılıb
4-09-2025, 09:42
20 yaşlı sürücü avtomobillə qadını vuraraq öldürüb
4-09-2025, 09:28
İki yeniyetmə su kanalında boğulub
3-09-2025, 18:20
Gədəbəydə dağlıq ərazidə yanğın olub - Video
3-09-2025, 18:12
Tiktoker xanımın anası məhkəmədə dindirilib
3-09-2025, 16:09
Azyaşlı qızın toyu dayandırılıb - (Yenilənib)
3-09-2025, 15:30
Bəhruz Səmədovun apellyasiya şikayəti təmin etməyiblər
3-09-2025, 14:32
Ağsuda yanğın törədən şəxs müəyyən olunub
3-09-2025, 14:08
Asteroid sürətlə Yerə yaxınlaşır - Xəbərdarlıq
3-09-2025, 13:26
Üç kollecə direktor müavini təyinatı olub
3-09-2025, 12:46
Sabah yağış yağacaq - Proqnoz
3-09-2025, 11:48
"Telegram" üzərindən yeni dələduzluq halları çoxalıb
3-09-2025, 10:45
Sertifikasiyadan kəsilən müəllimlər məhkəmədə iddia qaldırıblar
3-09-2025, 10:38
Səfirliyin sabiq əməkdaşının məhkəməsi başlayıb
3-09-2025, 08:14
Peyğəmbərin (s.ə.s) Mövludu günüdür
2-09-2025, 17:45
Qondarma “Xarici İşlər Nazirliyi”nin yerində Baş idarə tikiləcək
2-09-2025, 17:27
Elektron Təhlükəsizlik Xidmətinə mətbuat katibi təyin olunub
2-09-2025, 16:50
Laçında dövlət sərhədindən buraxılış məntəqəsi yaradılır
2-09-2025, 15:30
Xəstələr üçün yığılan pulu ələ keçirən şəxs tutulub
2-09-2025, 14:53
15 saylı həbsxanaya rəis təyinatı olub