Prokurorluqdan sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə daha bir - Xəbərdarlıq
Tarix: 25-10-2020 12:01 | Bölmə: Cəmiyyət
Prokurorluqdan sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə daha bir - Xəbərdarlıq

Azərbaycan Respublikası Baş Prokurorluğu ölkəmizdə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbərdarlıq edib.

Prokurorluğun Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, Azərbaycan Ordusunun əməliyyatlarına dair video, foto və informasiyaların çəkilməsi, yayılması və paylaşılması qadağandır: "Bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyatı təhlükəsinə səbəb olmaqdır".

Baş Prokurorluq nəzərə çatdırıb ki, bu kimi hərəkətlər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər