Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib
Tarix: 11-12-2020 19:08 | Bölmə: Cəmiyyət
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib

Cəlilabad rayonunda həkim koronavirusun qurbanı olub.

Məlumata görə, rayonun Adnalı kənd sakini, 50 yaşlı Müslim Abdıyev COVID-19 xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, həkim bir müddətdir könüllü olaraq koronavirus xəstələrinin müalicəsinə cəlb olunmuşdu.

Mərhum Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında çalışırdı/Report.




Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq