Yaşadığı evi qanunsuz tərk edən daha iki COVID-19 xəstəsi saxlanılıb
Tarix: 12-12-2020 17:13 | Bölmə: Cəmiyyət
Yaşadığı evi qanunsuz tərk edən daha iki COVID-19 xəstəsi saxlanılıb

Siyəzən rayon sakinləri Sədir Hüseynova və Gündüz Yəhyəyevə COVID-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Reyting.az-a verilən məlumata görə, lakin hər iki şəxs qaydalara əməl etməyərək yaşadıqları evi tərk edib və virusun yayılmasına şərait yaradıblar.

Polis əməkdaşları tərəfindən onların olduqları yerlər müəyyən edilib və dərhal yaşadıqları ünvanlara geri qaytarılıblar.

Faktlarla əlaqədar S.Hüseynov və G.Yəhyəyev barəsində Siyəzən RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər