Nazir müavini: "Müəllimlər informatika fənni üzrə saatların yetərli olmamasından şikayət edirlər"
Tarix: 14-12-2020 14:48 | Bölmə: Cəmiyyət
Nazir müavini: "Müəllimlər informatika fənni üzrə saatların yetərli olmamasından şikayət edirlər"

“Müəllimlər informatika fənni üzrə ayrılan saatların yetərli olmamasından şikayət edirlər. Eyni zamanda ali məktəblərə qəbul imtahanlarında informatikanın imtahan məzmununa salınmaması ilə bağlı da narazılıqlar var”.

Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, uzun illərdir bu məsələ təhsil sistemində çalışan, keyfiyyətin artırılmasında maraqlı olan təhsil işçilərinin diqqət mərkəzində olub: “Təbii ki, mövcud problemlərin aradan qaldırılması istiqamətində birdən-birə ciddi qərarın qəbul edilməsi mümkün deyil. Odur ki, BP ilə birgə həyata keçiriləcək “Ümumtəhsil müəssisələrində informatika təmayüllü siniflərin təşkili” layihəsi uzun illər arzusunda olduğumuz istiqamətə aparan cığırın açılması kimi qiymətləndirilməlidir. Yeni layihə tədris saatlarının artırılması baxımından deyil, məzmunun təkmiləşdirilməsi, şagirdlər üçün müxtəlifyönlü seminarların, vebinarların keçirilməsi üçün təqdirəlayiq addımdır”.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər