08:49 / 10-09-2025
Nepalda iğtişaşlar: 900-ə yaxın məhbus qaçıb, çoxsaylı ölən və yaralı var
08:37 / 10-09-2025
Ukrayna PUA-ları Bryansk vilayətinə hücum edib
08:33 / 10-09-2025
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
08:25 / 10-09-2025
Von der Lyayen Aİ-dəki vəziyyətlə bağlı çıxış edəcək
08:20 / 10-09-2025
Tramp: Epşteyn işi ilə bağlı itiham cəfəngiyyatdır
07:53 / 10-09-2025
Rusiyadakı bütün yapon mərkəzləri bağlanacaq
00:09 / 10-09-2025
Nepalın hökumət sarayı tamamilə yanıb
23:25 / 09-09-2025
Rəsmi Bakı: "Qətərə qarşı bugünkü hücumdan dərin narahatıq"
22:00 / 09-09-2025
DÇ-2026: Azərbaycan millisi bir xal qazanıb
19:05 / 09-09-2025
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
18:57 / 09-09-2025
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
18:02 / 09-09-2025
Əmək pensiyaları artırılacaq
17:47 / 09-09-2025
Növbəti dörd gündə güclü külək əsəcək - Xəbərdarlıq
17:25 / 09-09-2025
Nəqliyyat Agentliyində nöqsanlar aşkarlanıb
17:25 / 09-09-2025
Nepal prezidenti istefa verib? - Yenilənib
17:24 / 09-09-2025
“İblis” yeni təqdimatda nümayiş olunacaq
17:11 / 09-09-2025
"Abzas Media"çılarla bağlı qərar verilib
17:01 / 09-09-2025
Əli Əsədov Liman şəhərinin Baş planını təsdiqləyib
16:55 / 09-09-2025
Mutvalı Şıxlinskinin həbs müddəti uzadılıb
16:39 / 09-09-2025
Polşa Belarusla sərhədi tamamilə bağlayacaq
16:31 / 09-09-2025
DÇ-2026: Azərbaycan-Ukrayna oyununa 8 minə yaxın bilet satılıb
16:19 / 09-09-2025
Komandan: "Nazirə rütbələri bir pillə aşağı salmaq səlahiyyəti verilməlidir"
16:06 / 09-09-2025
İki dövlət qurumunda yoxlama aparılır
15:53 / 09-09-2025
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
15:52 / 09-09-2025
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
15:48 / 09-09-2025
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
15:09 / 09-09-2025
Azərbaycanın U-19 millisi Polşaya böyük hesabla uduzub
14:52 / 09-09-2025
Azərbaycan Kuboku: püşkatma mərasimi olacaq
14:38 / 09-09-2025
Ukraynaya 2 milyon mərmi çatdırmağı planlaşdırırlar
09:10 / 09-09-2025

18:25 / 06-09-2025

22:31 / 05-09-2025

18:42 / 05-09-2025

18:05 / 07-09-2025

13:20 / 07-09-2025

22:21 / 05-09-2025

23:31 / 08-09-2025

08:57 / 05-09-2025

00:57 / 08-09-2025

23:10 / 08-09-2025

11:56 / 08-09-2025

Azərbaycanın 4 hərbi qulluqçusu həbs edilib
Tarix: 14-12-2020 15:47 | Bölmə: Cəmiyyət

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə aparılmış Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi şücaət, hərbi qulluq vəzifəsini yerinə yetirərkən nümayiş etdirdiyi mərdlik və peşəkarlıq tarixə qızıl hərflərlə həkk olunmuş zəfərin əldə edilməsinə səbəb olub.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq, hərbi qulluq vəzifəsini icra edərkən nümayiş etdirdikləri igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çoxsaylı hərbi qulluqçuları Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə təltif ediliblər:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğal olunmuş ərazilərin azad olunması üçün əks hücum əməliyyatlarının başlanıldığı ilk gündən Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinin hücuma məruz qalmasına baxmayaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Azərbaycan ordusuna yalnız döyüş meydanında düşmənin legitim hərbi hədəflərinə zərbələr endirmək, hərbi əsir və mülki əhaliyə münasibətdə beynəlxalq humanitar hüququn norma və prinsiplərinə, o cümlədən Cenevrə Konvensiyalarının tələblərinə dönmədən əməl olunmasına dair tapşırıq vermişdir. Ali Bas Komandanın göstərişlərini rəhbər tutan Azərbaycan Ordusunun əsgər və zabitləri torpaqlarımızın işğaldan azad edilməsi zamanı mülki əhali, o cümlədən qadın, uşaq və ahıl şəxslərə, əsir götürülmüş hərbçilərə, din xadimlərinə münasibətdə xalqımıza məxsus yüksək mədəniyyət və humanizm nümayiş etdirərək diqqət və qayğı ilə yanaşmış, bu münasibət həmin şəxslərin Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşləri, yerli və kütləvi informasiya vasitələrinə müsahibələri vasitəsilə geniş işıqlandırılmışdır.
Təəssüf hissi ilə qeyd olunmalıdır ki, müharibənin törətdiyi ağır psixoloji durumun təsiri altında bəzi hərbi qulluqçular tərəfindən düşmənə qarşı mübarizənin metod və üsullarının dərk edilməsində yanılmalar Silahlı Qüvvələrin göstərdikləri rəşadət və əzmə, eləcə də əldə olunmuş qələbəyə kölgə sala biləcək qanunsuz hərəkətlər törədilməsinə gətirib çıxarmışdır.
Belə ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılmış Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarını əks etdirən videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilmiş, bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranmışdır.
Əvvəllər bu barədə mətbuata verilmiş məlumata əlavə olaraq bildiririk ki, qeyd edilən məlumatlarla bağlı toplanmış materiallar əsasında Hərbi Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işləri başlanaraq iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir.
İstintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində kiçik gizir kimi xidmət aparan Rəşad Əliyev və Qardaşxan Abışovun Zəngilan rayonu ərazisində döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbi qulluqçularının meyitlərinin üzərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə əsaslı şübhələr müəyyən olunmuşdur.
Həmçinin, istintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin əsgərləri Arzu Hüseynov və Ümid Ağayevin Xocavənd rayonunun Mədətli kəndi ərazisində yerləşən qəbiristanlıqda ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərlərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə şübhələr üçün əsaslar müəyyən olunmuşdur.
R.Əliyev, Q.Abışov, A.Hüseynov və Ü.Ağayev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda sosial mediada yayılmış digər videogörüntülərlə bağlı zəruri araşdırmalar aparılmaqla nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Azərbaycan Respublikasının hərbi qulluqçuları tərəfindən yuxarıda qeyd olunan cinayət əməllərinin törədilməsi yolverilməz olmaqla tolerant, multikultural dəyərləri üstün tutan, tarixən humanistliyi ilə seçilən azərbaycan xalqının mentalitetinə ziddir. Oxşar xarakterli qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görülməklə məsuliyyətə cəlb edilmələri təmin ediləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq bu sahədə hüquq mühafizə orqanları tərəfindən qeyd olunan hüquq pozuntuları ilə bağlı ictimaiyyət məlumatlandırlmaqla cinayət işləri çərçivəsində istintaq araşdırmalarının aparılmasına dair açıq bəyanatlar verilməsinə baxmayaraq, Ermənistan Silahlı Qüvvələri tərəfindən 101 dinc sakinin öldürülməsi, 423 mülki şəxsin yaralanması, habelə Ermənistan hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olmuş azərbaycanlı hərbçilərin meyitləri üzərində təhqiredici hərəkətlər etmələri, habelə əsir götürülmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insani rəftarı əks etdirən videogörüntülərlə bağlı təəssüf ki, Ermənistanın hüquq-mühafizə orqanları, o cümlədən Baş Prokurorluğu tərəfindən hər hansı araşdırma aparılmamaqla tədbir görülməmiş və açıqlama verilməmişdir.
Qeyd olunmlaıdır ki, Azərbaycan Respublikası Prokurorluğu tərəfindən döyüş əməliyyatları zamanı həlak olmuş Azərbaycan hərbi qulluqularının meyitləri üzərində təhqiredici hərəkətlər, əsir düşmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insanı rəftarı əks etdirən videögörüntülər, mülki Azərbaycan vətəndaşlarının öldürülməsi və onlara xəsarət yetirilməsi ilə bağlı bütün cinayətlər üzrə zəruri və intensiv istintaq hərəkətləri aparılır. Baş Prokurorluq tərəfindən təqsirli şəxslərin müəyyən edilərək mövcud hüquqi mexanizm və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.
Eyni zamanda Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan hüquq mühafizə orqanlarını analoji addımlar atmaqla beynəlxalq hüququn nörma və prinsiplərinə uyğun olaraq Azərbaycan vətəndaşlarına qarşı törədilmiş cinayətlərlə bağlı ciddi hüquqi təsir tədbirləri görməyə, açıq və ədalətli araşdırma aparmağa və ictimaiyyəti məlumatlandırmağa çağırır".
Bölməyə aid digər xəbərlər

Dünən, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
Dünən, 13:15
Sabahın hava proqnozu açqlanıb
Dünən, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
Dünən, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
Dünən, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
Dünən, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
Dünən, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
Dünən, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
Dünən, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
8-09-2025, 13:59
İcraçı direktor vəzifədən azad olunub
8-09-2025, 12:34
Sabah yağış yağacaq
8-09-2025, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
7-09-2025, 18:05
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
7-09-2025, 12:15
Sabah yağış yağacaq - Proqnoz
5-09-2025, 18:42
Daşkəsənin Alaxançallı kəndində sel fəsadlar törədib
5-09-2025, 17:30
Bəxtiyar Məmmədova Alay komandiri vəzifəsi həvalə olunub
5-09-2025, 17:07
Əli Əsədov qərar imzalayıb
5-09-2025, 16:58
Qadını maşınla vuran sürücü döyülüb
5-09-2025, 16:41
Bakıda evlərə girən qadın saxlanııb - Video
5-09-2025, 13:36
Sabah hava necə olacaq? - Proqnoz
5-09-2025, 12:37
Füzulidə yanğın törədən şəxs tutulub
5-09-2025, 12:33
İçərişəhərdə yeni Xidmət Mərkəzi fəaliyyətə başlayıb
5-09-2025, 11:32
Müəllimlərin təkrar sertifikasiyasının müsahibə nəticələri açıqlanıb
5-09-2025, 08:50
"Optimus"-un yeni nəsil versiyasını təqdim ediblər
4-09-2025, 18:02
Dövlət Xidməti "Telegram"dakı dələduzluq hallarını araşdırır
4-09-2025, 17:49
Cəlilabadda avtomobil qəzası: yaralananların sayı 8-ə çatıb
4-09-2025, 17:29
Oleq Bakinski bəraət istəyir
4-09-2025, 17:22
Gürcüstana müalicəyə gedən həkim qəzada ölüb
4-09-2025, 17:01
Peşə məktəblərinə qəbulun II mərhələsinin nəticələri açıqlanıb
4-09-2025, 16:01
Akademik borcu olanlara "Tələbə krediti" verilməyəcək
4-09-2025, 15:18
Bədənin istiliyindən elektrik hasil olunur - Foto
4-09-2025, 14:59
Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxslər saxlanılıb
4-09-2025, 14:51
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
4-09-2025, 12:43
Sabah hava necə olacaq? - Proqnoz
4-09-2025, 12:03
Şərurlu İsfəndiyar yenə hakim qarşısına çıxarılıb
4-09-2025, 09:42
20 yaşlı sürücü avtomobillə qadını vuraraq öldürüb
4-09-2025, 09:28
İki yeniyetmə su kanalında boğulub