Azərbaycanda COVID-19-a qarşı ilk kimlər vaksinasiya olunacaq? - Açıqlama
Tarix: 16-12-2020 16:05 | Bölmə: Cəmiyyət
Azərbaycanda COVID-19-a qarşı ilk kimlər vaksinasiya olunacaq? - Açıqlama

Azərbaycanda ilkin olaraq koronavirusa qarşı vaksinasiya olunacaq şəxslərin siyahısı açıqlanıb.

Bu barədə Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev məlumat verib.

O bildirib ki, ilk olaraq tibb sahəsində çalışanlar vaksinasiya olunacaq: “Çünki onlar onlarla infeksiya ilə üzbəüzdürlər. Onların bu xəstəliyə yoluxma riskləri olduqca böyükdür. Daha sonra isə yaşı 65-dən çox olan şəxslər vaksinasiya olunacaq. Eyni zamanda müxtəlif xəstəliyi olan şəxslər də vaksinasiya ediləcək”.

O həmçinin qeyd edib ki, hamiləliyin bəlli bir müddətindən sonra hamilə qadınlar da vaksinasiya oluna bilər.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər