Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
Tarix: 17-12-2020 13:18 | Bölmə: Cəmiyyət
Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi, rayonun Bum qəsəbə sakini Tural Yaqubovun virusun yayılmasına şərait yaratdığı müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, COVID-19 virusunun daşıyıcısı olan T.Yaqubova xəbərdarlıq edilməsinə baxmayaraq o, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən həmin şəxs ictimai məkanda hərəkətdə olarkən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.

T.Yaqubov barəsində Qəbələ RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər