DİN: "Daha 28 nəfər COVID-19 xəstəsinə cinayət işi açılıb"
Tarix: 17-12-2020 13:32 | Bölmə: Cəmiyyət
DİN: "Daha 28 nəfər COVID-19 xəstəsinə cinayət işi açılıb"

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Reyting.az
DİN-ə istinadla xəbər verir ki, dekabrın 16-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 47 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb: "Onlardan 42 nəfər tibbi qaydalar gözlənilməklə yaşadıqları evə qaytarılıblar, 5 nəfərin xəstəxanaya yerləşdirilməsi təmin edilib. 28 nəfər barəsində cinayət qanunvericiliyinə uyğun olaraq cinayət işi başlanılıb.

Hazırda Respublikanın rayon və şəhər polis idarəslərində fakt üzrə başlanılan cinayət işləri davam etdirilir".




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər