FHN-nin modul tipli hospitalında həkim koronavirusdan ölüb
Tarix: 17-12-2020 14:32 | Bölmə: Cəmiyyət
FHN-nin modul tipli hospitalında həkim koronavirusdan ölüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakının Zığ qəsəbəsində yerləşən modul tipli hospitalında koronavirusdan müalicə olunan həkim vəfat edib.

Reyting.az
Report-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Virusa yolxduğuna görə hospitala yerləşdirilən Salyan rayonunun Kürqaraqaşlı kənd sakini, 1958-ci il təvəllüdlü Ələkbərov Seymur Əhməd oğlu dünyasını dəyişib.

İxtisasca cərrah olan S.Ələkbərovun şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq