Cəlilabadda şəhid əsgər dəfn edilib
Tarix: 17-12-2020 15:45 | Bölmə: Cəmiyyət
Cəlilabadda şəhid əsgər dəfn edilib

Cəlilabad rayonunda şəhid əsgər torpağa tapşırılıb.

Məlumata görə, rayonun Alar kənd sakini, Hüseyinli Əkbər Azər oğlu ilə yaşadığı evində vida mərasimi keçirilib.

Daha sonra şəhid doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı şəhidin yaxınlarına təqdim edilib.

Dəfn mərasimində rayon rəsmiləri, kənd sakinləri və şəhidin yaxınları iştirak edib.

Qeyd edək ki, şəhid əsgər bir müddət idi itkin düşmüşdü/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq