Daha iki rayonda şəhid və qazi ailələri üçün kiçik təsərrüfatlar yaradılıb - Fotolar
Tarix: 20-12-2020 10:37 | Bölmə: Cəmiyyət
Daha iki rayonda şəhid və qazi ailələri üçün kiçik təsərrüfatlar yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Oğuz və Qəbələ rayonlarında da Vətən müharibəsi şəhidlərinin ailələri və bu müharibə iştirakçıları üçün kiçik təsərrüfatlar yaradıb.

Reyting.az
nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, Oğuz rayonunda şəhid Babayev Elmanın atası Babayev Telman, şəhid Əliyev Anarın həyat yoldaşı Əliyeva Günel, şəhid İbrahimov Mayılın atası İbrahimov Nəriman, şəhid İsazadə Səfanın qardaşı İsazadə Röyal, şəhid Nuralıyev Elşənin atası Nuralıyev Rövşən, şəhid Şirəlizadə Süleymanın atası Şirəliyev İlham növbədənkənar özünüməşğulluq proqramına cəlb olunublar. Onlar mal və materiallar və avadanlıqlar formasında aktivlərlə təmin ediliblər.

Qəbələ rayonunda şəhid Abdurəhmanov Elvinin atası Abdurəhmanov Əbülfəz, şəhid Bayramov Çoşqunun atası Bayramov Dilbər, şəhid Üzeyirov Müşviqin atası Üzeyirov Qoşqar və Vətən müharibəsində yaralanmış Şirinov Tural, Baxışov Murad, İsrafilov Zaur da özünüməşğulluq proqramına cəlb edilməklə, aktivlər alıblar.

Onlar verilmiş aktivlər hesabına kiçik təsərrüfatlarını yaradıblar. Nazirlik postmüharibə dövrünə aid Tədbirlər Planı əsasında şəhid ailələri və müharibə iştirakçılarının proqrama cəlb edilməsi və aktivlərlə təminatı işlərini davam etdirir.











Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər