Bakıda ana iki azyaşlı övladı ilə özünü 4-cü mərtəbədən atıb
Tarix: 21-12-2020 00:58 | Bölmə: Cəmiyyət
Bakıda ana iki azyaşlı övladı ilə özünü 4-cü mərtəbədən atıb

Bakıda intihara cəhd hadisəsi baş verib.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

1991-ci il təvəllüdlü Cəfərova Nigar Musa qızı və onun 4 yaşlı oğlu - 2016-cı il təvəllüdlü Manafov Hüseyn Cavid oğlu, habelə qadının digər azyaşlı oğlu (adı dəqiqləşdirilir-red.) özlərini yaşadıqları binanın 4-cü mərtəbəsindən atıblar.

Ağır bədən xəsarətləri alan yaralılar xəstəxanaya çatdırılıblar. Ananın və övladlarının vəziyyətlərinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.




Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq