Nazirlər Kabineti: "Azərbaycana daha yarım milyon doz peyvənd gətiriləcək"
Tarix: 03-02-2021 19:57 | Bölmə: Cəmiyyət
Nazirlər Kabineti: "Azərbaycana daha yarım milyon doz peyvənd gətiriləcək"

Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələnin növbəti addımı kimi 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanacaq. Bunun üçün xüsusi qeydiyyat mexanizmi yaradılıb.

Bu barədə Nazirlər Kabinetindən bildirilib.

Bildirilib ki, bu həftə ölkəyə daha 500 000 doz peyvənd gətiriləcək.

Qeyd olunub ki, fevralın 5-dən etibarən 65 yaşdan yuxarı vətəndaşlar qeydiyyatdan keçiriləcək: "65 yaşdan yuxarı randevu.its.gov.az internet ünvanına daxil olub qeydiyyatdan keçmiş hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndlənməyə dəvət olunacaq".

Fevralın 8-dən başlayaraq bu yaş qrupuna aid olan vətəndaşlara peyvənd vurulacaq: "Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var".




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq