Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Tarix: 04-02-2021 11:41 | Bölmə: Cəmiyyət
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin 2021-ci il fevral ayının 3-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı yayıb.

Nazirliyin mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 51 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq